Az En Ru Tr

Odlar Yurdu Universitetinin müəllimi “İlin alimi” seçildi

26.01.2018
Odlar Yurdu Universitetinin Dillər kafedrasının professoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Prezident təqaüdçüsü, “Qızıl Kəlam” və “Əli bəy Hüseynzadə” mükafatı laureatı, tənqidçi-ədəbiyyatşünas alim Rüstəm Kamal Ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə və 2017-ci ildəki səmərəli elmi fəaliyyətinə görə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “İlin alimi” adına layiq görülmüşdür. “İlin alimi” diplomunu və döş nişanını alimə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli təntənəli surətdə təqdim etmişdir.


Odlar Yurdu Universitetinin müəllimi “İlin alimi” seçildi Odlar Yurdu Universitetinin müəllimi “İlin alimi” seçildi

Xəbərlər Tədbirlər Elanlar