Az En Ru Tr

Odlar Yurdu Universitetinin Yaradıcılıq İnstitutu Şəhidlər Xiyabanını ziyarət etmişdir

19.01.2018
Odlar Yurdu Universitetinin Tədbirlərin təşkili və Yaradıcılıq İnstitutu, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə bir qrup tələbə “20 yanvar-Ümumxalq hüzn günü” münasibətilə Şəhidlər Xiyabanını ziyarət etmişdir. Ziyarətçilər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfillər düzüblər.

Həmçinin Şəhidlər Xiyabanında Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin tələbələrinin iştirakı ilə “Biz unutmadıq!” adlı filmin çəkilişi olmuşdur. Filmin çəkilməsində əsas məqsəd 20 yanvar şəhidlərini hər zaman yada salmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, tarixi faktlar və həqiqətləri gənclərin diqqətinə çatdırmaq, yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin güclənməsinə və 20 yanvar faciəsi haqqında məlumatlarının artmasına nail olmaqdır.

28 il əvvəl törədilən qanlı 20 Yanvar hadisəsi xalqımızın yaddaşına faciə kimi yazılsa da, bu tarix bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və mərd Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla yad edir, onların igidliyini yüksək qiymətləndirir.


Odlar Yurdu Universitetinin Yaradıcılıq İnstitutu Şəhidlər Xiyabanını ziyarət etmişdir Odlar Yurdu Universitetinin Yaradıcılıq İnstitutu Şəhidlər Xiyabanını ziyarət etmişdir Odlar Yurdu Universitetinin Yaradıcılıq İnstitutu Şəhidlər Xiyabanını ziyarət etmişdir
Odlar Yurdu Universitetinin Yaradıcılıq İnstitutu Şəhidlər Xiyabanını ziyarət etmişdir Odlar Yurdu Universitetinin Yaradıcılıq İnstitutu Şəhidlər Xiyabanını ziyarət etmişdir Odlar Yurdu Universitetinin Yaradıcılıq İnstitutu Şəhidlər Xiyabanını ziyarət etmişdir
Odlar Yurdu Universitetinin Yaradıcılıq İnstitutu Şəhidlər Xiyabanını ziyarət etmişdir Odlar Yurdu Universitetinin Yaradıcılıq İnstitutu Şəhidlər Xiyabanını ziyarət etmişdir

Xəbərlər Tədbirlər Elanlar