Az En Ru Tr

Olimpiada qalibləri Odlar Yurdu Universitetində mükafatlandırıldı

23.12.2017
Odlar Yurdu Universitetində Azərbaycan Respublikası Prezidentinin Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə 31dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunan VIII “Fənlərin Dostluğu Olimpiadası”nın qaliblərinin mükafatlandırılması baş tutmuşdur. Respublikamızda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX-X sinif şagirdləri arasında keçirilən Olimpiadanın bu ilki buraxılışında ölkənin müxtəlif bölgələrindən 1200-dən artıq şagird iştirak etmişdir. Olimpiadada ən yüksək bal toplamış ilk 10 şagird təşkilatçılar və sponsorlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

İlk olaraq tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev bildirdi ki, bu cür olimpiadaların keçirilməsi ölkədə cənab Prezident İlham Əliyevin yürütdüyü təhsil strategiyasının inkişafına öz müsbət təsirini göstərəcək, yeniyetmə və gənclər arasında elmə, biliyə marağın artmasına, tariximizin, ədəbiyyatımızın, dəqiq elmlərin daha geniş öyrənilməsinə təkan verməklə, fənlərarası əlaqəni möhkəmləndirəcək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılayacaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaradacaqdır. Mükafatlandırma mərasiminin Odlar Yurdu Universitetində keçirilməsinin təsadüfi olmadığını vurğulayan rektor bildirmişdir ki, hazırda Azərbaycanda keyfiyyətli təhsilə yüksək tələbat var və yüz minlərlə gənc bu keyfiyyətli təhsili əldə etməyə çalışır. Odlar Yurdu Universiteti hər zaman intellektual oyunların daha geniş vüsət almasına, gənclərin dünyagörüşünün formalaşmasına, elmi biliklərinin artmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına töhfə vermək istiqamətində daima uğurlu layihələrə imza atır.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutmuşdur. I yeri Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin 10-cu sinif şagirdi Yaşar Kərimli, II yeri Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin 10-cu sinif şagirdi Hüseynzadə Yusif, III yeri isə Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Hacızadə Toğrul qazanmışdır.

Tədbir Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin ifası ilə davam etmişdir.


Olimpiada qalibləri Odlar Yurdu Universitetində mükafatlandırıldı Olimpiada qalibləri Odlar Yurdu Universitetində mükafatlandırıldı Olimpiada qalibləri Odlar Yurdu Universitetində mükafatlandırıldı
Olimpiada qalibləri Odlar Yurdu Universitetində mükafatlandırıldı Olimpiada qalibləri Odlar Yurdu Universitetində mükafatlandırıldı Olimpiada qalibləri Odlar Yurdu Universitetində mükafatlandırıldı
Olimpiada qalibləri Odlar Yurdu Universitetində mükafatlandırıldı Olimpiada qalibləri Odlar Yurdu Universitetində mükafatlandırıldı

Xəbərlər Tədbirlər Elanlar