Az En Ru Tr

Odlar Yurdu Universiteti “III Qış Elm Festivalı”nda 3 nominasiya üzrə təltif olunub

21.12.2017
Odlar Yurdu Universiteti Bakı Mühəndislik Universitetində keçirilən “III Qış Elm Festivalı”nda 3 nominasiya üzrə təltif olunub. Festivalda respublikada yerləşən ali təhsil müəssisələrinin tələbələri və orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən 100-ə yaxın layihə nümayiş etdirilib. Layihələr Dil və Ədəbiyyat, Mühəndislik, Biologiya, Fizika, Kimya, Riyaziyyat və İqtisadiyyat kateqoriyalarında təqdim olunmuşdur.

Odlar Yurdu Universitetinin təqdim etdiyi “Dəqiq elmlər üzrə kompüterləşdirilmiş avadanlıqların qurulmasının nümayişi” adlı layihəsi iştirakçıların böyük marağına səbəb olub.

Festivalın açılış mərasimində çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov qeyd etmişdir ki, festival tələbələrin elmə olan marağının artırılmasında, innovativ qabiliyyətlərinin üzə çıxarılmasında, yeniyetmə və gənclərdə motivasiyasının və özünə inam hissinin yüksəlməsində mühüm rol oynayır. Daha sonra rektor layihələrlə yaxından tanış olub və iştirakçılara uğurlar arzulayıb.
Sərgidən sonra, festivalın mükafatlandırma mərasimi baş tutub.

Belə ki, Odlar Yurdu Universitetinin təqdim etdiyi “Dəqiq elmlər üzrə kompüterləşdirilmiş avadanlıqların qurulmasının nümayişi” adlı layihəsi III yeri qazanmışdır. Həmçinin komanda üzvləri universitetin kompüter mühəndisliyi ixtisasının 737-ci qrup tələbəsi Seyidov Murad iştirakçılar arasında xüsusi fərqləndiyinə görə II yerlə, Mansurov Amir orta ümumtəhsil məktəblərinin şagirdləri arasında xüsusi fərqləndiyinə görə II yerlə təltif olunmuşdur. Qalib gələn layihələrin müəllifləri diplom və sertifikatlarla mükafatlandırılıblar.

Sonda iştirakçılar birgə xatirə şəkili şəkdiriblər.

Odlar Yurdu Universiteti “III Qış Elm Festivalı”nda 3 nominasiya üzrə təltif olunub Odlar Yurdu Universiteti “III Qış Elm Festivalı”nda 3 nominasiya üzrə təltif olunub Odlar Yurdu Universiteti “III Qış Elm Festivalı”nda 3 nominasiya üzrə təltif olunub

Xəbərlər Tədbirlər Elanlar