Az En Ru Tr

Odlar Yurdu Universitetində VIII Fənlərin Dostluğu Olimpiadasının I mərhələsi keçirilmişdir

17.12.2017
Odlar Yurdu Universitetində VIII Fənlərin Dostluğu Olimpiadasının I  mərhələsi keçirilmişdir Odlar Yurdu Universitetində 17 dekabr 2017-ci il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan VIII “Fənlərin Dostluğu Olimpiadası”nın birinci mərhələsi baş tutmuşdur. Olimpiadada ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9 və 10-cu sinif şagirdləri 2 saat müddətində 50 inteqrativ sualı cavablandırmışlar. 5 imtahan mərkəzində ümumilikdə 1200-dən artıq şagird öz biliyini sınamışıdr.

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən “Fənlərin Dostluğu Olimpiadası”nın 2017-ci il buraxılışının əsas təşkilatçıları Azərbaycan Respublikası Prezidentinin Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarıdır.

Olimpiadanın rəsmi tərəfdaşları Medica Hospital, Hədəf Multimedia Mərkəzi, Altun Kitab, Azərbaycan Elm Assosiasiyası, HedefGlobal, kitabevim.az mağazaları, informasiya dəstəkçiləri isə APA TV, edumap.az, senet.az portalları, Ustad dərgisidir.

23 dekabr 2017-ci il tarixində VIII “Fənlərin Dostluğu Olimpiadası”nın qaliblərinin mükafatlandırma mərasimi baş tutacaqdır. Olimpiadada qalib gələn 10 şagird və onların təhsil aldığı orta məktəblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Xatırladaq ki, Olimpiada təşkilatçılar və tərəfdaşların maliyyə dəstəyi hesabına baş tutmuşdur.


Odlar Yurdu Universitetində VIII Fənlərin Dostluğu Olimpiadasının I  mərhələsi keçirilmişdir Odlar Yurdu Universitetində VIII Fənlərin Dostluğu Olimpiadasının I  mərhələsi keçirilmişdir Odlar Yurdu Universitetində VIII Fənlərin Dostluğu Olimpiadasının I  mərhələsi keçirilmişdir


Xəbərlər Tədbirlər Elanlar