Az En Ru Tr

Odlar Yurdu Universitetində İqtisadiyyat, Beynəlxalq münasibətlər və Sosial fənlər kafedrasının növbəti iclası keçirilmişdir

14.12.2017
Odlar Yurdu Universitetində İqtisadiyyat, Beynəlxalq münasibətlər və Sosial fənlər kafedrasının növbəti iclası keçirilmişdir. İclası açıq elan edən kafedra müdiri, i.e.d., prof. Əziz Ələkbərov kollektiv qarşısında duran vəzifələr və gündəmdə duran başlıca məsələlər haqqında müəllimlərə geniş məlumat verib, fakültənin müvəfəqiyyət göstəricilərini və digər statistik məlumatları diqqətə çatdırıb.

İclasda tədris keyfiyyətinin yüksəldilməsi məqsədilə kafedrada fənn birləşmələri yaratmaq, aralıq imtahanlarında qiymətləndirmə metodununun daha da təkmilləşdirilməsi, fənn proqramlarının yeni formada işlənib təhvil verilməsi, elektron təhsil sisteminin tətbiqinin vəziyyəti və bununla bağlı qarşıda duran vəzifələr, qış mövsümünə hazırlığın vəziyyəti kimi gündəlikdə duran məsələlər müzakirə edilib, qərarlar alınıb. Ə. Ələkbərov gündəlikdəki məsələlərə münasibət bildirməklə yanaşı, gənc müəllimlərin və savadlı tələbələrin elmə həvəsləndirilməsinin vacibliyindən də danışıb və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün müəllimlərə öz tapşırıq və tövsiyyələrini verib.

Sonda gündəlikdəki məsələlərin müzakirəsindən və təsdiqindən sonra cari məsələlərə baxılmışdır. Bununla da iclas öz işini başa çatdırmışdır.


Odlar Yurdu Universitetində İqtisadiyyat, Beynəlxalq münasibətlər və Sosial fənlər kafedrasının növbəti iclası keçirilmişdir Odlar Yurdu Universitetində İqtisadiyyat, Beynəlxalq münasibətlər və Sosial fənlər kafedrasının növbəti iclası keçirilmişdir

Xəbərlər Tədbirlər Elanlar