Az En Ru Tr

Odlar Yurdu Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anıldı

12.12.2017
Odlar Yurdu Universitetində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirildi. 12 dekabr 2017-ci il tarixində universitetdə bütün ilk dərslər Heydər Əliyevə həsr edildi. Universitetin professor, müəllim və tələbə kollektivi Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

İqtisadiyyat, Beynəlxalq münasibətlər və Sosial fənlər kafedrasının baş müəllimi Əliyeva Səbinə Yusif qızı universitetin Heydər Əliyev irsinin araşdırılması və təbliği institutunda “Heydər Əliyev ideyaları XXI əsrdə” mövzusunda diskussiya xarakterli açıq dərs keçdi. O, “Heydər Əliyev müstəqil Azərbaycanda demokratik dövlət modelinin müəllifidir” adlı məruzə ilə çıxış edərək, bütün mənalı ömrünü öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən söz açdı. S.Əliyeva Azərbaycan xalqının hələ neçə-neçə nəslinin Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacağını bildirdi.
Tələbələr Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşədə böyük rəhbərin mənalı həyat yolunu əks etdirən materiallarla yaxından tanış oldular və Heydər Əliyevə aid öz düşüncələrini söylədilər.

Sonda tələbələri maraqlandıran suallar S.Əliyeva tərəfindən ətraflı cavablandırılmışdır.


Odlar Yurdu Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anıldı Odlar Yurdu Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anıldı Odlar Yurdu Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anıldı

Xəbərlər Tədbirlər Elanlar