Az En Ru Tr

Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

12.12.2017
Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi 12 dekabr 2017–ci il tarixində Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular və Ulu Öndərin xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə çıxışında bildirdi ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər birimizin, xüsusən biz gənclərin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Tədbirin keçirilməsində məqsəd də ulu öndər Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, Azərbaycan mədəniyyətinə töhfələrinin öyrənilməsi və təbliğidir. Elə bu məqsədlə tələbələr arasında H.Əliyevin xatirəsinə həsr olunmuş müxtəlif mövzularda inşa-yazı müsabiqəsi keçirilmişdir. Həmçinin 02 dekabr 2017-ci il tarixində Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin I kurs tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” Bilik yarışı keçirilmişdir. Yarış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və gənclər arasında geniş təbliği, Azərbaycan tarixinin dərindən öyrənilməsi, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması, milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmaları məqsədilə təşkil edilmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirildi və müəyyən olundu ki, Odlar Yurdu Universitetinin 642 F2 və 444 MU, Odlar Yurdu Kollecinin 17 PT və 17 BİT qrupları yarışın Final oyununa vəsiqə qazanmışdır. Həmin komandalar bugünkü tədbirdə I və II yerlər uğrunda mübarizə aparacaqlar.

Daha sonra Arzu Cəfərzadə sözü Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyevə verdi. Əhməd Vəliyev tədbir iştirakçılarını salamlayaraq, onlara Azərbaycan dövlətinin qurucusu, memarı olan Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində Ulu Öndərin müstəsna xidmətlərindən danışdı. Rektor vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat–qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi xalqın müstəqilliyini möhkəmləndirmiş və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırmışdır.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” Bilik yarışınin Final mərhələsi keçirildi və qaliblər kubok və Fəxri Fərmanla təltif olundular.

Tədbir inşa-yazı müsabiqəsində qalib gələn tələbələrin çıxışları ilə davam etdi. Çıxış edənlər ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə uğurlu fəaliyyətindən söhbət açdılar.

Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

Xəbərlər Tədbirlər Elanlar