Az En Ru Tr

1 həftədə 3 səfir Odlar Yurdu Universitetində qonaq oldu

05.12.2017
Odlar Yurdu Universiteti xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqərini inkişaf etdirməyə və xarici ölkələrdən tələbə qəbul etməyə davam edir.
01 dekabr 2017-ci il tarixində Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahman Odlar Yurdu Universitetinin qonağı olmuşdur.

Görüş zamanı Azərbaycan və Malayziya arasında olan dostluq əlaqələri, Malayziyanın UniMAP universiteti ilə OYU arasında münasibətlərin genişləndirilməsi, eyni zamanda ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq sahələri haqda geniş müzakirələr aparılmışdır.

Daha sonra iki universitet arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanmışdır. Hər iki sənəddə universitetlər arasında tələbə-müəllim mübadiləsi və birgə təhsil proqramlarının təşkili nəzərdə tutulur.
02 dekabr 2017–ci il tarixində İraqın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Fadhil Awad Jebur al-Şuvaili, İraqlı tələbələrin Azərbaycandakı Birliyinin sədri Alhasmi Yousif, İraq Dövlət Televiziyasının nümayəndələri Odlar Yurdu Universitetinin qonağı olub. İki ölkə arasındakı əməkdaşlığın və təhsil sahəsindəki əlaqələrin müzakirə olunduğu görüşdə iraqlı gənclərin Odlar Yurdu Universitetində təhsilə cəlb edilməsi və digər məsələlərdən danışılıb.

Səfir qeyd etdi ki, elmi araşdırmalara geniş yer verməklə, maddi-texniki bazasını və kadr potensialını fasiləsiz inkişaf etdirməklə, keyfiyyətli təhsil verməsi ilə tanınan Odlar Yurdu Universitetində təhsil alan tələbələrin diplomları artıq İraqda da tanınır.

04 dekabr 2017-ci il tarixində İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr.Hüsnan Bəy Fenanie və onun nümayəndə heyəti Odlar Yurdu Universitetinin qonağı olmuşdur. Səfir Azərbaycana yaxından bələd olduğunu, bu ölkəni sevdiyini və iki dövlət arasında əlaqələrin daha da genişlənməsi üçün əlindən gələni əsirgəmədiyini dedi.

Səfirin İndoneziya haqqında geniş təqdimatı və görüşün rəsmi hissəsindən sonra səfir tələbələrin müşayiəti ilə xüsusi olaraq Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını pianoda ifa etdi və bu, tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

Hər 3 qonaq Odlar Yurdu Universitetinin rektoru Prof. Əhməd Vəliyev və universitet kollektivi tərəfindən isti qonaqpərvərliklə qarşılandı, qonaqlara xatirə hədiyyələri təqdim edildi.

1 həftədə 3 səfir Odlar Yurdu Universitetində qonaq oldu 1 həftədə 3 səfir Odlar Yurdu Universitetində qonaq oldu 1 həftədə 3 səfir Odlar Yurdu Universitetində qonaq oldu

Xəbərlər Tədbirlər Elanlar