Az En Ru Tr

Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” Bilik yarışı keçirildi

02.12.2017
Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” Bilik yarışı keçirildi 02 dekabr 2017-ci il tarixində Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin I kurs tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” Bilik yarışı keçirildi. Yarış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və gənclər arasında geniş təbliği, Azərbaycan tarixinin dərindən öyrənilməsi, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması, milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmaları məqsədilə təşkil edilmişdir. Müsabiqəyə hazırlıq məqsədilə komandalar Odlar Yurdu Universitetinin Heydər Əliyev irsinin öyrənilməsi institutunda ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə etmiş, buradakı materiallar əsasında araşdırma aparmış və yarışa yüksək səviyyədə hazırlaşmışlar.

Yarışı giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında, əhalinin rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən ulu öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu və ölkədə siyasi sabitlik yaratdı.

Daha sonra A. Cəfərzadə yarışın şərtləri haqqında tələbələri məlumatlandırdı və bilik yarışına start verildi. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirildi və müəyyən olundu ki, Odlar Yurdu Universitetinin 642 F2 və 444 MU, Odlar Yurdu Kollecinin 17 PT və 17 BİT qrupları yarışın Final oyununa vəsiqə qazanmışdır. Həmin komandalar Heydər Əliyevin anım günü münasibətilə keçiriləcək yekun tədbirdə I və II yerlər uğrunda mübarizə aparacaqlar. Qaliblər Fəxri Fərman və kubokla təltif olunacaqlar.


Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” Bilik yarışı keçirildi Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” Bilik yarışı keçirildi Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” Bilik yarışı keçirildi
Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Breyn-Rinq” Bilik yarışı keçirildi

Xəbərlər Tədbirlər Elanlar