Az En Ru Tr

Odlar Yurdu Universitetində “Mənim Universitetim” başlığı altında keçirilən silsilə tədbirlərə yekun vurulmuşdur

29.11.2017
Odlar Yurdu Universitetində “Mənim Universitetim” başlığı altında keçirilən silsilə tədbirlərə  yekun vurulmuşdur Odlar Yurdu Universitetində “Mənim Universitetim” başlığı altında Tələbə Elmi Cəmiyyətinin keçirdiyi silsilə tədbirlərə yekun vurulmuşdur. I kurs tələbələri arasında keçirilən “Mənim universitetim” adlı inşa-yazı müsabiqəsinin qalibləri təltif olunmuşdur. Müsabiqəyə ümümi rəhbərlik Odlar Yurdu Universiteti Tələbə Elmi Cəmiyyətinin nəzdində yaradılmış Təşkilat Komitəsi tərəfindən həyata keçirilmişdir. Təşkilat Komitəsinin sədri Odlar Yurdu Universitetinin Elmi İşlər üzrə prorektoru Tərlan Abdullayev və Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfəzadə idi. İnşa-yazı müsabiqəsinin əsas məqsədi tələbələrin yazı qabiliyyətini artırmaqla yanaşı, onların universitetlə bağlı fikirlərini və təkliflərini öyrənmək, eyni zamanda təlim-tərbiyə prosesində müəllim və tələbə arasındakı qarşılıqlı münasibətin və müəllimlə tələbələrin bir-biri ilə informasiya mübadiləsinin daha mükəmməl təşkil edilməsi olmuşdur. Bu müsabiqə həm də tələbələrin universitet haqqında düşüncələrinin daha da təkmilləşməsinə kömək etmişdir.

Tələbələr müsabiqənin keçirilməsi üçün ayrılmış auditoriyalara yerləşdirilərək, 1saat 30 dəq ərzində nəzarətçilərin iştirakı ilə müsabiqədə iştirak etmişdir. İnşa-yazılar müsabiqə üçün təyin edilmiş münsiflər heyəti tərəfindən yoxlanılmış və qaliblər təyin olunmuşdur. Müsabiqədə tələbələr yazı qabiliyyətini artırmaqla yanaşı, universitetlə bağlı öz fikirlərini və təkliflərini bölüşüblər. Müsabiqə uğurla başa çatmışdır.

Tədbirdə ilk öncə Odlar Yurdu Universitetini 1-ci kurslara daha da yaxından təqdim etmək üçün hazırlanan qısa video-rolik nümayiş olunmuşdur. Daha sonra “Mənim universitetim” adlı inşa-yazı müsabiqəsinin və “Xəzər İntellektual klubu” ilə Tələbə Elmi Cəmiyyətinin birgə keçirdiyi “Kim? harada? nə zaman?” bilik yarışmasının qaliblərini Fəxri fərman və kubokla təltif etmək üçün Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyevə söz verilmişdir. Əhməd Vəliyev Cənab Prezident İlham Əliyev tərəfindən daim Azərbaycan gəncliyinə göstərilən etimaddan, böyük diqqət və qayğıdan, ölkəmizdə gənclərin öz imkan və bacarıqlarını inkişaf etdirmələri üçün yaradılan şəraitdən danışmışdır. O bildirmişdir ki, Azərbaycan Respublikasında gənclər ictimai-siyasi həyatın fəal və aparıcı qüvvəsidir. Çox sevindirici haldır ki, Odlar Yurdu Universitetinin tələbələri bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlarda yaxından iştirak edir, dövlətimizin iqtisadi-siyasi cəhətdən daha da qüdrətlənməsi naminə yorulmadan çalışırlar. Rektor gənclərə öz tövsiyyələrini bildirərək, gələcək işlərində tələbələrə uğurlar arzu edib.

Tədbirdə Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə I kurs tələbələri arasında “Mənim seçimim niyə Odlar Yurdu Universiteti oldu?” adlı keçirilən anket sorğusunun nəticələri barədə məlumat verilmiş və yaradıcı tələbələrin əl işlərinin sərgisi təşkil olunmuşdur. Həmçinin Yaradıcılıq və tədbirlərin təşkili institutunun rəhbərliyi ilə “İstedad sorağında” müsabiqəsi keçirilmişdir. Qeyd olunmuşdur ki, bugünkü tədbirin əsas məqsədlərindən biri həm Odlar Yurdu Universitetini 1-ci kursda təhsil alan tələbələrimizə yaxından təqdim etmək, həm də onların arasında istedadı və bacarığı ilə seçilən tələbələri universitetimizə tanıtmaqdır.

Daha sonra Tələbə Gənclər Təşkilatının keçirdiyi “Mənim seçimim niyə Odlar Yurdu Universiteti oldu?” anket sorğusunun ümumi nəticələrini oxumaq üçün Tələbə Gənclər Təşkilatının sədri Fərmanova Səbinəyə söz verilmişdir. Fərmanova Səbinə bildirmişdir ki, anket sorğusu universitetin 1-ci kursda təhsil alan tələbələri arasında keçirilmiş və bütün tələbələr sorğuda iştirak etmişdir. Anket sorğusunun ümumi nəticələrinə əsasən “Odlar Yurdu Universitetini seçməyimdə məni nə cəlb etdi?” -sualına tələbələr universitetdəki təhsil sisteminin, universitetin maddi-texniki bazası və tələbələr üçün yaradılan şəraitin, nizam-intizam qaydalarının, təlim-tərbiyə prosesinin təşkilinin, universitetin şəhərin mərkəzində yerləşməsinin və təhsil haqqının uyğun olmasının cəlb etdiyini göstərmişdir. Bundan əlavə rəy sorğusunun sonunda tələbələr öz təkliflərini də irəli sürmüşlər.

Tədbir inşa-yazı müsabiqəsinin qaliblərinin çıxışları və tələbələrin ifaları ilə davam etmişdir.



Odlar Yurdu Universitetində “Mənim Universitetim” başlığı altında keçirilən silsilə tədbirlərə  yekun vurulmuşdur Odlar Yurdu Universitetində “Mənim Universitetim” başlığı altında keçirilən silsilə tədbirlərə  yekun vurulmuşdur Odlar Yurdu Universitetində “Mənim Universitetim” başlığı altında keçirilən silsilə tədbirlərə  yekun vurulmuşdur
Odlar Yurdu Universitetində “Mənim Universitetim” başlığı altında keçirilən silsilə tədbirlərə  yekun vurulmuşdur Odlar Yurdu Universitetində “Mənim Universitetim” başlığı altında keçirilən silsilə tədbirlərə  yekun vurulmuşdur Odlar Yurdu Universitetində “Mənim Universitetim” başlığı altında keçirilən silsilə tədbirlərə  yekun vurulmuşdur
Odlar Yurdu Universitetində “Mənim Universitetim” başlığı altında keçirilən silsilə tədbirlərə  yekun vurulmuşdur

Xəbərlər Tədbirlər Elanlar