Az En Ru Tr

İB Club və Odlar Yurdu Universiteti gələcəkdə öz biznesini qurmaq istəyən gəncləri əhatə edən BİST-Bİznes STart adlı layihəyə start verdi

25.11.2017
25 Noyabr 2017-ci il tarixdə İB Club və Odlar Yurdu Universiteti gələcəkdə öz biznesini qurmaq istəyən gəncləri əhatə edən BİST- Bİznes STart adlı mükəmməl bir layihəyə start verdi. Tədbirdə Biznesə STart verərkən gənclərin bilməli olduğu ilk prioritet sahələr barədə məlumatlar verildi və peşəkarlar öz təcrübələrini bölüşdülər. İlk olaraq çıxış edən Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektoru Ceyhun Osmanlı qeyd etdi ki, insan inkişafı, fərdlərin ən ümdə ehtiyaclarını qarşılaya bilmələrini, sağlam bir mühitdə dünyaya gəlmələrini və böyümələrini, təhsil yolu ilə özlərinin və mənsub olduqları ictimaiyyətin inkişafına dəyər qatmalarını ifadə edir. Bütün bu faktorlar həyat səviyyəsinin göstəriciləri kimi qəbul edilir. Milli inkişafa nail olmaq üçün insan kapitalının inkişafına çalışmaq və bunu hər sahədə ön planda tutmaq lazımdır. Bunun üçün isə sosial-iqtisadi sahələrin hər birinin inkişafı və bir birini dəstəkləməsi ilə dəyər yaratmaq vacibdir. Bu baxımdan həyata keçirilən BİST- Bİznes STart layihəsi çox mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə biznes quran zaman atılacaq ilk addımlar, gənclərin hardan başlamalı, hansı bacarıqlara yiyələnməli olduqları, komanda quruculuğu, investisiyaların dəyərləndirilməsi, satış və marketinq alətlərindən düzgün istifadə, ad qoyuluşu, qurulan kommunikasiyalar barədə öz biznesini qurmuş, uğurlu nəticələr əldə etmiş və yoluna uğurla davam edən 6 spiker çıxış etdi:

1. Zaur Darabzadə - Cinemaplus rəhbəri
(Böyük brendlərin idarəçiliyi)
2. Anar Bayramov – “Azgranata” MMC, Baş director
(Yeni qurulan bizneslərin nələrə ehtiyacı var)
3. Seymur Rəsulov - ABŞ-ın top 200 şirkətinə
daxil olan EBSCO regional satış meneceri, Saymore Training & Coaching
(texnologiyalar dövründə 3 ideal istiqamət)
4. Teymur Məmmədov - Magnito, Kreativ direktor. Adver.az
(Bizneslərdə kommunikasiyalar, advermə)
5. Elvin Dadaşsoy - Panda School, Phi gallery - təsisçi
(Biznesin sıfırdan əbəkə halına gəlməsi)
6. Namiq Məmmədov - İnsan resursları üzrə peşəkar
(Biznesdə insan faktoru)



İB Club və Odlar Yurdu Universiteti gələcəkdə öz biznesini qurmaq istəyən gəncləri əhatə edən BİST-Bİznes STart adlı layihəyə start verdiİB Club və Odlar Yurdu Universiteti gələcəkdə öz biznesini qurmaq istəyən gəncləri əhatə edən BİST-Bİznes STart adlı layihəyə start verdi

Xəbərlər Tədbirlər Elanlar