Az En Ru Tr

Dissertasiya işinin ilkin müdafiəsi keçirildi

15.11.2017
Odlar Yurdu Universitetində Doktorantura şöbəsi, Magistratura və MBA şöbəsi və Dillər kafedrası ilə birlikdə Türkiyə vətəndaşı doktorant Faris Aydının “Yeniyetmə şəxsiyyətinin formalaşmasında iradi keyfiyyətlərin rolu” adlı dissertasiya işinin ilkin müdafiəsi keçirilmişdir. Müdafiədə universitetin Elmi işlər üzrə prorektoru və Doktorantura şöbəsinin müdiri prof. Tərlan Abdullayev, Dillər kafedrasının müdir müavini f.f.d. Abdurəhmanova Səadət, İqtisadiyyat, Beynəlxalq münasibətlər və sosial fənlər kafedrasının professoru s.e.f.d., prof. Firudin Həsənov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “yaş və pedaqoji pxisologiya” kafedrasının dosenti Qulaməli Əzizov, Odlar Yurdu Universitetinin əməkdaşları-Birləşmiş fakultələr departamentinin rəhbəri Qurbanova Aynurə, Dillər kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru Vəliyeva Samirə, Fizika-riyaziyyat elmləri namizədi Məmmədov Arif, Dillər kafedrasının baş müəllimi Məmmədova Nafilə, Dillər kafedrasının müəllimləri-Saliyeva Hədiyyə, Əliyeva Məlahət və Məmmədova Şəlalə iştirak edirdilər.

Doktorant Faris Aydın öz təqdimatında müasir cəmiyyətdə şəxsiyyətin formalaşmasına təsir edən əsas amillər, şəxsiyyətin iradi keyfiyyətləri və onların öyrənilməsi, şəxsiyyətin fəaliyyətinin iradi tənzimi, iradi keyfiyyətlərin formalaşmasında bilavasitə tərbiyə şəraiti, sinir tipi, sosium kimi məsələlərə toxunaraq, iştirakçıları dissertasiyanın əsas nəticələri ilə tanış etdi.

Təqdimatdan sonra doktorant iştirakçıların suallarını cavablandırdı.


Dissertasiya işinin ilkin müdafiəsi keçirildi Dissertasiya işinin ilkin müdafiəsi keçirildi Dissertasiya işinin ilkin müdafiəsi keçirildi

Xəbərlər Tədbirlər Elanlar