Az En Ru Tr

Odlar Yurdu Universitetində “Sağlam ailə naminə narkotiklərə yox deyək!!!” adlı tədbir keçirilmişdir

14.11.2017
Odlar Yurdu Universitetində “Sağlam ailə naminə narkotiklərə yox deyək!!!” adlı tədbir keçirilmişdir14 Noyabr 2017-ci il tarixində Odlar Yurdu Universitetində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə tələbələr üçün təlim-məşğələ keçirilmişdir.

Tədbir iştirakçılarının “ağ ölümün” zərərləri haqqında maariflənməsinə, narkomaniyaya səbəb olan amillər və ondan törənən fəsadların qabarıq şəkildə açıqlanmasına həsr olunmuş sosial çarx izləndikdən sonra aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış edərək, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman və bilik yarışlarının keçirilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi barədə təlim iştirakçıları məlumatlandırılmışdır.

Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Sağlam ailə naminə narkotiklərə yox deyək!!!” adlı bukletlər təlim iştirakçılarına verilmişdir.
Tədbir qarşılıqlı müzakirələr və diskussiya şəklində davam etmişdir və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.


Odlar Yurdu Universitetində “Sağlam ailə naminə narkotiklərə yox deyək!!!” adlı tədbir keçirilmişdir Odlar Yurdu Universitetində “Sağlam ailə naminə narkotiklərə yox deyək!!!” adlı tədbir keçirilmişdir Odlar Yurdu Universitetində “Sağlam ailə naminə narkotiklərə yox deyək!!!” adlı tədbir keçirilmişdir
Odlar Yurdu Universitetində “Sağlam ailə naminə narkotiklərə yox deyək!!!” adlı tədbir keçirilmişdir

Xəbərlər Tədbirlər Elanlar