Az En Ru Tr

I kurs tələbələri arasında keçirilən "Mənim universitetim" adlı inşa-yazı müsabiqəsinin qalibləri müəyyən olunmuşdur

10.11.2017
I  kurs tələbələri arasında keçirilən "Mənim universitetim" adlı inşa-yazı müsabiqəsinin qalibləri müəyyən olunmuşdurOdlar Yurdu Universitetində I kurs tələbələri arasında keçirilən "Mənim universitetim" adlı inşa-yazı müsabiqəsinin qalibləri müəyyən olunmuşdur. Müsabiqəyə ümümi rəhbərlik Odlar Yurdu Universiteti Tələbə Elmi Cəmiyyətinin nəzdində yaradılmış Təşkilat Komitəsi tərəfindən həyata keçirilmişdir. Təşkilat Komitəsinin sədri- Odlar Yurdu Universitetinin Elmi İşlər üzrə prorektoru Tərlan Abdullayev və Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfəzadə idi. İnşa-yazı müsabiqəsinin əsas məqsədi tələbələrin yazı qabiliyyətini artırmaqla yanaşı, onların universitetlə bağlı fikirlərini və təkliflərini öyrənmək, həmçinin təlim-tərbiyə prosesində müəllim və tələbə arasında qarşılıqlı münasibətin və müəllimlə tələbələrin bir-biri ilə informasiya mübadiləsinin daha mükəmməl təşkil edilməsi olmuşdur. Bu müsabiqə həm də tələbələrin universitet haqqında düşüncələrinin daha da təkmilləşməsinə kömək etmişdir.

Tələbələr müsabiqənin keçirilməsi üçün ayrılmış auditoriyalara yerləşdirilərək 1saat 30 dəq ərzində nəzarətçilərin iştirakı ilə müsabiqədə iştirak etmişdir.

İnşa-yazılar müsabiqə üçün təyin edilmiş münsiflər heyəti tərəfindən yoxlanılmış və qaliblər təyin olunmuşdur. Ən yaxşı inşa-yazılar universitetin foyesində qoyulmuş stenddə nümayiş olunacaq və universitetin rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. Müsabiqədə tələbələr yazı qabiliyyətini artırmaqla yanaşı, universitetlə bağlı öz fikirlərini və təkliflərini bölüşüblər. Müsabiqə uğurla başa çatmışdır.



I  kurs tələbələri arasında keçirilən "Mənim universitetim" adlı inşa-yazı müsabiqəsinin qalibləri müəyyən olunmuşdur I  kurs tələbələri arasında keçirilən "Mənim universitetim" adlı inşa-yazı müsabiqəsinin qalibləri müəyyən olunmuşdur I  kurs tələbələri arasında keçirilən "Mənim universitetim" adlı inşa-yazı müsabiqəsinin qalibləri müəyyən olunmuşdur

Xəbərlər Tədbirlər Elanlar