Az En Ru Tr

Odlar Yurdu Universitetində Konstitusiya günü münasibətilə tədbir keçirildi

11.11.2017
Odlar Yurdu Universitetində Konstitusiya günü münasibətilə tədbir keçirildiOdlar Yurdu Universitetinin konfrans zalında Konstitusiya günü münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən Odlar Yurdu Universitetinin hüquq və kadrlar şöbəsinin müdiri Rafiq Qasımov Kontitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, həmçinin digər cəmiyyətlərlə qarşılıqlı münasibətlər qurmasında əsas vasitə olduğunu bildirərək bu ali qanunvericilik aktının qəbulunu xalqımızın növbəti nailiyyətlərindən, tariximizin ən parlaq hadisələrindən biri kimi qiymətləndirmişdir, qeyd etmişdir ki, məhz bu səbəbdən 12 noyabr 1995–ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Dəyirmi masada “Azərbaycan Konstitusiyası və Heydər Əliyev”, “Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı” və digər mövzularda məruzələr oxunub. Daha sonra çıxış edən tələbələr bu Konstitusiyasının qəbul olunması istiqamətində Ümummilli Lider Heydər Əliyevin apardığı uğurlu və əvəzolunmaz xidmətlərindən danışdılar. Milli dövlətçiliyimizin formalaşması və inkişafında Konstitusiyanın müstəsna xidməti və əhəmiyyəti olduğu bildirilmiş, əsas qanunun qəbul olunmasından ötən dövrdə Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurların qazanıldığı, mühüm qanunvericilik aktlarının qəbul edildiyi xüsusi vurğulanmışdır.

Odlar Yurdu Universitetində Konstitusiya günü münasibətilə tədbir keçirildi Odlar Yurdu Universitetində Konstitusiya günü münasibətilə tədbir keçirildi Odlar Yurdu Universitetində Konstitusiya günü münasibətilə tədbir keçirildi Odlar Yurdu Universitetində Konstitusiya günü münasibətilə tədbir keçirildi Odlar Yurdu Universitetində Konstitusiya günü münasibətilə tədbir keçirildi Odlar Yurdu Universitetində Konstitusiya günü münasibətilə tədbir keçirildi

Xəbərlər Tədbirlər Elanlar