Az En Ru Tr

Odlar Yurdu Universitetində müstəqillik günü qeyd edilib

18.10.2017
18 oktyabr 2017–ci il tarixində Azərbaycan Respublikası Dövlət müstəqilliyinin 26 illiyinə həsr olunmuş “Müstəqilliyim ən böyük sərvətimdir” mövzusunda tədbir keçirildi. Tədbirdə vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması istiqamətində misilsiz xidmətləri olmuşdur. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı yaradıb. Ümummilli Liderin siyasi yolu bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı və yürütdüyü müdrik siyasət nəticəsində ölkəmiz üzləşdiyi təhlükələrdən xilas olub, dövlətlə xalqın birliyi təmin edilib.

Çıxış edənlər müstəqilliyimizin tarixindən söhbət açaraq, bu yolda Əbədiyaşar Liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etdilər. Daha sonra Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Müstəqilliyim ən böyük sərvətimdir” adlı inşa yazı müsabiqəsinin qalibləri Fəxri Fərmanla mükafatlandırıldılar.


Odlar Yurdu Universitetində müstəqillik günü qeyd edilib Odlar Yurdu Universitetində müstəqillik günü qeyd edilib Odlar Yurdu Universitetində müstəqillik günü qeyd edilib
Odlar Yurdu Universitetində müstəqillik günü qeyd edilib Odlar Yurdu Universitetində müstəqillik günü qeyd edilib Odlar Yurdu Universitetində müstəqillik günü qeyd edilib
Odlar Yurdu Universitetində müstəqillik günü qeyd edilib

Xəbərlər Tədbirlər Elanlar