Az En Ru Tr

Peşəkar İntellekt Liqasında oyunlar Odlar Yurdu Universitetində təşkil olunub

16.10.2017
Peşəkar İntellekt Liqasında oyunlar Odlar Yurdu Universitetində təşkil olunub“Xəzər İntellekt Gənclər Klubu”nun layihəsi olan Peşəkar İntellekt Liqasının 2017-2018 mövsümünün artıq 4 turu geridə qalıb.

Peşəkar İntellekt Liqasının oyunları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Odlar Yurdu Universitetinin dəstəyi ilə keçirilir.

Peşəkar İntellekt Liqası gənclərə asudə vaxtının səmərəli təşkil edilməsi, intellektual oyunlara marağın artırılması, yerli sual müəlliflərinin stimullaşdırmaq üçün həyata keçirilən fəaliyyətdir.

Liqada cari ilin sentyabr ayının 24-də baş tutan ilk tur Elmidar Süleymansoy, Çingiz Məmmədov və Bəhruz Aydınlının redaktorluğu ilə yazılan sual paketi ilə start götürüb. İlk turda “Prestij” komandası 26 suala düzgün cavab verməklə birinci yerin sahibi olub. “Revolver” və “Jagermeister” komandaları hərəyə 23 sual tapmaqla 2-3-cü yerləri bölüşdürüblər. 29 sentyabr tarixində Orxan Cəlilov, Urfan Orucov və Elçin Şabanovun redaktorluğu ilə baş tutan ikinci turda “Vendomat” komandası 22 xalla I, “Jagermesiter” 16 düzgün cavabla 2-ci, “NİK” komandası 13 düzgün cavabla 3-cü yeri tutub. 1 oktyabrda Fuad Eminov, Cavid Məmmədov və Vüqar Məmmədovun redaktəliyi ilə keçirilən 3-cü turda “Vendomat” komandası bu dəfə də rəqiblərinə şans verməyib. Onlar 25 suala düzgün cavab verməklə turun qalibi olublar. “NİK” və ”Prestige” komandaları 20 suala düzgün cavabla 2-3-cü yerləri bölüşdürüblər. Liqanın 8 oktyabr tarixində baş tutan 4-cü turu da maraqlı və rəngarəng suallarla yadda qalıb. Cavid Məmmədov, Nəriman Vəliyev və Nail Qasımzadənin hazırladığı suallar paketinin 36 sualından 27-ə cavab verən “Vendomat” komandası yenə də əlçatmaz olub. “Jagermeister” 22 düzgün cavabla II, “Prestige” komandası isə 20 cavabla ilk 3-lüyü tamamlayıb.

Qeyd edək ki, Peşəkar İntellekt Liqasında oyunlar hər bazar günü “Odlar Yurdu” universitetində təşkil olunur. Əlaqə və digər məlaumatları https://www.facebook.com/Xazarigk/ Facebook səhifəsindən izləyə bilərsiniz.

Xəbərlər Tədbirlər Elanlar