Az En Ru Tr

Odlar Yurdu Universitetinin tələbələri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Şəhadət" sənədli filminin təqdimat mərasimində iştirak edib

22.09.2017
Odlar Yurdu Universitetinin tələbələri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Şəhadət" sənədli filminin təqdimat mərasimində iştirak edib Odlar Yurdu Universitetinin bir qrup tələbəsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı preventiv xarakter daşıyan "Şəhadət" sənədli filminin təqdimat mərasimində iştirak edib.

“Şəhadət” sənədli filmi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunub. Filmdə Vətənimiz uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarımızla yanaşı, dini fanatizm və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs olunur. Bu iki müxtəlif amal uğrunda mübarizə aparmış Azərbaycan gənclərinə bütövlükdə cəmiyyət, o cümlədən onların ailələri, yaxınları və dostları tərəfindən göstərilən fərqli münasibət diqqətə çatdırılır.

Xəbərlər Tədbirlər Elanlar