Az En Ru Tr

Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinə (TEC) növbəti sədr seçkiləri keçirilib

21.09.2017
Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinə (TEC) növbəti sədr seçkiləri keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir. Daha sonra çıxış edən Tələbə Elmi Cəmiyyətinin sədri Günay İmanova Odlar Yurdu Universitetinin son ildəki fəaliyyətinə qısa nəzər salaraq, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, elmi axtarışların aparılması və əlaqələndirilməsi vəzifəsinin layiqincə yerinə yetirildiyini qeyd edib. Tələbələri bundan sonra da fəal olmağa çağırıb və Tələbə Elmi Cəmiyyətinin işinə uğurlar arzulayıb.

Daha sonra səsvermə keçirilib. Açıq səsvermə yolu ilə keçirilən seçkilərdə Odlar Yurdu Universitetinin II kurs tələbəsi Arzu Cəfərzadə TEC-in yeni sədri seçilib.

Cəfərzadə Arzu Adil qızı 1997-ci il martın 14-də Bakı şəhərində anadan olmuşdur. Arzu Cəfərzadə 2012-ci ildə Bakı İdarəetmə və Texnologiya kollecinin “İnformatika müəllimliyi” ixtisasına qəbul olmuşdur. Oxuduğu müddətdə kollecin Tələbə Gənclər Təşkilatında aktiv fəaliyyət göstərmişdir. 2014-2015-ci illərdə Bakı İdarəetmə və Texnologiya kollecinin Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər İttifaqı tərəfindən ictimai fəaliyyətində fəallığına görə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna grant müsabiqələrdə layihələrlə çıxış etmişdir.2016-cı ildə Odlar Yurdu Universitetinin “Xarici dil müəllimliyi” ixtisasına qəbul olmuşdur. Universitetin tədbirlərində aparıcı diktor kimi fəaliyyət göstərir.

Tələbəmizi təbrik edirik və fəaliyyətində uğurlar arzulayırıq!


Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinə (TEC) növbəti sədr seçkiləri keçirilib Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinə (TEC) növbəti sədr seçkiləri keçirilib Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinə (TEC) növbəti sədr seçkiləri keçirilib Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinə (TEC) növbəti sədr seçkiləri keçirilib

Xəbərlər Tədbirlər Elanlar