Az En Ru Tr

Odlar Yurdu Universitetində “Bilik Günü” keçirildi

15.09.2017
Odlar Yurdu Universitetində “Bilik Günü” keçirildi Odlar Yurdu Universitetində 15 sentyabr-“Bilik günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə universitetin müəllim və tələbə heyəti, valideynlər iştirak ediblər. İlk öncə çıxış edən Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev onları “Bilik günü” və yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edib. Çıxışına Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri ilə başlayan rektor qeyd edib ki, Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğı göstərilir. O, qeyd edib ki, Azərbaycanın davamlı inkişaf strategiyasında təhsili ən vacib amillərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi olaraq diqqət göstərir. Yeni təhsil ocaqlarının inşa edilməsi, köhnələrinin təmir edilərək ən müasir standartlara uyğun şəkildə yenidən qurulması, təhsil işçilərinə, elm adamlarına göstərilən dövlət qayğısı bunun əyani sübutudur.

Ölkəmizdə təhsil siyasətinin əsas missiyasının savadlı, daim öz üzərində işləyən, hərtərəfli inkişaf etmiş, Vətənə, dövlətə və dövlətçiliyə sadiq kadrlar yetişdirmək olduğunu qeyd edən Əhməd Vəliyev bu yolda universitet heyətinə uğurlar arzulayıb.

Sonra rektor bildirib ki, universitetin uğurları bundan sonra da davam edəcək və universitetdə təhsilin təşkilinin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizdə ali təhsil sisteminin inkişaf etdirilməsi əsas prioritet istiqamət olacaqdır. Odlar Yurdu Universitetində məhz bu istiqamətlərin reallaşdırılması üçün yüksək intellektual səviyyəli, bilikli, bacarıqlı, təşkilatçılıq qabiliyyəti olan peşəkar kadrlar hazırlanır.

Daha sonra çıxış edənlər tələbələri “Bilik günü” münasibəti ilə təbrik edərək, onlara uğurlar arzulayıblar.


Odlar Yurdu Universitetində “Bilik Günü” keçirildiOdlar Yurdu Universitetində “Bilik Günü” keçirildiOdlar Yurdu Universitetində “Bilik Günü” keçirildi

Xəbərlər Tədbirlər Elanlar