Az En Ru Tr

Odlar Yurdu Universiteti Macarıstanda keçirilmiş IX Beynəlxalq Elmi Konfransda tərəfdaş kimi çıxış etmişdir

01.09.2017
Odlar Yurdu Universiteti Macarıstanda keçirilmiş IX Beynəlxalq Elmi Konfransda tərəfdaş kimi çıxış etmişdir 2001–ci ildən etibarən 2 ildə bir dəfə “Soft Computing” texnologiyasına həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilir. Konfransın əsas məqsədi elektrotexnika və informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə əldə olunmuş yeni elmi–tədqiqat nəticələrinin təqdim olunması, müvafiq istiqamətlər üzrə dünya universitetləri və elmi təşkilatlar, tədqiqatçılar arasında əməkdaşlığın formalaşması, qabaqcıl təcrübə və elmi ideyaların yayılması, birgə elmi əsərlər, kitablar, monoqrafiyalar, jurnalların nəşri və s. ilə elmi nailiyyətlərin əldə olunmasıdır. Bu ilki “Soft Computing, sözlərlə hesablama və qavrayışın nəzəriyyəsi və tətbiqi” adlı IX Beynəlxalq elmi konfrans 22–23 avqust 2017–ci il tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilmişdir. Konfransda tərəfdaş ölkələrin təhsil nazirliyi və universitetlərinin nümayəndələri iştirak etmişdir. Konfransın tərəfdaş universitetləri sırasında ABŞ–ın Berkli Universiteti, Texas Universiteti, Kanadanın Toronto Universiteti, Alberta Universiteti, Vyana Tibb Universiteti, Polşa Polis Akademiyasının elmi–tədqiqat institutu, Türkiyənin Yakın Doğu Universiteti, TOBB İqtisadiyyat və Texnologiya Universiteti, eyni zamanda Azərbaycandan Azərbaycan Dövlət Neft Universiteti və Odlar Yurdu Universiteti təmsil olunmuşdur. Odlar Yurdu Universitetinin rəhbərliyi və professor–müəllim heyəti konfransda iştirak etmiş və elmi məruzələrlə çıxış etmişdir.

Odlar Yurdu Universiteti Macarıstanda keçirilmiş IX Beynəlxalq Elmi Konfransda tərəfdaş kimi çıxış etmişdir Odlar Yurdu Universiteti Macarıstanda keçirilmiş IX Beynəlxalq Elmi Konfransda tərəfdaş kimi çıxış etmişdir Odlar Yurdu Universiteti Macarıstanda keçirilmiş IX Beynəlxalq Elmi Konfransda tərəfdaş kimi çıxış etmişdir

Xəbərlər Tədbirlər Elanlar