Az En Ru Tr

Odlar Yurdu Universitetində dizayn ixtisası açıldı!

04.08.2017

Dizayn ixtisası üzrə kadr hazırlığı aşağıdakı ixtisaslaşmalar üzrə aparılacaq:
1. Memarlıq mühitinin dizaynı
2. Dizayn və memarlıqda stillər
3. İnteryer dizayn
4. Qrafik-dizayn
5.Komputer dizaynı
6. Reklam dizaynı
7. Art-dizayn
8. Geyim dizaynı və aksesuarlar
9. Sənaye dizayn
10. Dizayn və marketinq

Tələbələrin praktiki əsaslarla təhsil alması üçün ODLAR YURDU UNİVERSİTETİNİN nəzdində "DİZAYN MƏRKƏZİ" yaradılıb. Mərkəzin rəhbəri bu sahədə 10-ildən çox təcrübəsi olan OYU-nun doktorantı Rahib Aydınoğlu İmamquluyev təyin olunub. Dizayn ixtisasına Azərbaycanda və dünyada böyük tələbat var.

Qeyd etmək istərdik ki, İsveçrənin Swiss Montro Biznes Məktəbi ilə Odlar Yurdu Universiteti arasında əməkdaşlığa dair imzalanan müqaviləyə əsasən məzunlar Odlar Yurdu Universitetinin diplomu ilə yanaşı İsveçrənin Swiss Montro Biznes Məktəbinin də diplomunu əldə edəcəklər.

Xəbərlər Tədbirlər Elanlar