Az En Ru Tr

Odlar Yurdu Universiteti təmsilçiləri İstanbula yay təcrübəsinə yollanır

12.07.2017
Odlar Yurdu Universitetinin əməkdaşları Erasmus KA+ çərçivəsində İstanbul Aydın Universitetində 1 aylıq təcrübə mübadiləsində iştirak etmək üçün dəvət almışdır. Qeyd olunan müddət ərzində Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar departamentinin rəhbəri Rəbiyyə Paşazadə və Birləşmiş fakultələr departamentinin rəhbəri Aynurə Qurbanova İstanbul Aydın Universitetinin kafedraları, müxtəlif şöbələri, departamentləri ilə görüşlər keçirəcək, mövcud layihə çərçivəsində görüləcək işlər, Odlar Yurdu Universiteti tələbələrinin beynəlxalq proqramlarda ERASMUS çərçivəsində iştirakı və s. barədə müzakirələr edəcək və müxtəlif fikir mübadilələri aparacaqlar.

Bu proqram iki universitet arasındakı əlaqələrin gücləndirilməsi, tələbə və müəllim heyətinin mübadiləsi, beynəlxalq proqramlarda ikitərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, Odlar Yurdu Universiteti uzun illərdir ki, Avropa Birliyinin TEMPUS və ERASMUS proqramlarının iştirakçısı, EURAS–Avrasiya Universitetləri Birliyinin və Qafqaz Universitetlər Birliyinin üzvüdür və bu il də Azərbaycanı bu layihədə layiqincə təmsil edəcəkdir.

Odlar Yurdu Universiteti kompüter mühəndisliyi, Ekologiya mühəndisliyi (neft-qaz üzrə), Beynəlxalq münasibətlər, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə, Menecment, Marketinq, Biznesin idarə edilməsi, Turizm və otelçilik, Dövlət və bələdiyyə idarəetməsi, Filologiya, Tərcümə (ingilis dili), Xarici dil müəllimliyi (ingilis), Dizayn, Biologiya (mikrobiologiya istiqaməti üzrə) və Psixologiya ixtisasları üzrə kadr hazırlığı aparır. Bundan əlavə bu ildən etibarən Odlar Yurdu Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan gənclər xüsusi attestasiyadan sonra İsveçrənin Swiss Montro Biznes Məktəbinin də diplomunu əldə edəcəklər.

Bundan əlavə 600 baldan çox toplayan bütün abituriyentlər aylıq 200 AZN təqaüdlə təmin edilir.

Xəbərlər Tədbirlər Elanlar