Az En Ru Tr

Tələbə Baharı qalibi Odlar Yurdu Universitetinin tələbəsi Məmmədhəsənov Ənvərin Türkiyə səfəri

05.06.2017
2011–ci ildən etibarən hər il ATGTİ ilə birgə keçirilən Tələbə Baharı Ümumrespublika Yaradıcılıq Festivalının əsas məqsədi yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır. Bu il keçirilən festivalda 25–ə yaxın ali təhsil müəssisəsindən 800–dən çox tələbə müxtəlif nominasiyalar üzrə öz istedadlarını nümayiş etdiriblər. Klassik estrada nominasiyası üzrə I yerin qalibi Odlar Yurdu Universitetinin tələbəsi Məmmədhəsənov Ənvər olub.

Məmmədhəsənov Ənvər Tələbə Baharı Ümumyaradıcılıq Festivalının son 3 ildə vokal və klassik estrada nominasiyasının qalibi seçilib və “Sarı gəlin” Tələbə Mahnı Festivalının 1– cisi olub.

Eyni zamanda o, 5-6-7-8 may 2017-ci il tarixlərində Çukurovada keçirilən III Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalında Azərbaycanı təmsil etmişdir. Son dərəcə yüksək səviyyədə keçirilən bu tədbir Çukurova Ədəbiyyatçılar Dərnəyinin rəhbəri Halisə xanımın təşkilatçılığı ilə Türk Dünyasını, türk insanlarını bir araya gətirmişdir.



Xəbərlər Tədbirlər Elanlar