Az En Ru Tr

Odlar Yurdu Kollecinin illik yekun hesabat tədbiri keçirilib

30.05.2017
Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən Odlar Yurdu Kollecinin 1 illik fəaliyyətinin yekununa həsr olunmuş Hesabat tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Odlar Yurdu Kollecinin fəaliyyətinin nəticələrini geniş ictimaiyyətə çatdırmaq və növbəti tədris ilində qarşıya qoyulmuş vəzifələr və planlar barədə ictimaiyyəti məlumatlandırmaq olmuşdur.

İlk olaraq çıxış edən Odlar Yurdu Kollecinin direktoru Günel Cəfərova kollecin ötən tədris ilində həyata keçirdiyi tədbirlər və əldə edilən uğurlar barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Odlar Yurdu Kollecinin müxtəlif ixtisaslarında təhsil alan tələbələr il ərzində təhsil və mədəniyyət sahəsində xeyli uğurlar qazanıblar.

Tədbirdə eyni zamanda Odlar Yurdu Kollecinin fəaliyyət istiqamətləri və gələcək planları barədə ətraflı məlumat verilib.
Daha sonra təhsil sahəsində qazandığı uğurlarına görə fərqlənən, eyni zamanda il ərzində faəllığı ilə seçilən bir neçə tələbə Fəxri Fərmanla təltif olunmuşdur.
Tədbir Odlar Yurdu Kollecinin tələbələrinin hazırladığı bədii kompozisiya ilə davam etmişdir.



Odlar Yurdu Kollecinin illik yekun hesabat tədbiri keçirilib Odlar Yurdu Kollecinin illik yekun hesabat tədbiri keçirilib

Xəbərlər Tədbirlər Elanlar