Az En Ru Tr

Odlar Yurdu Universitetində 28 May Respublika Günü münasibətilə tədbir keçirilmişdir

27.05.2017
Odlar Yurdu Universitetində 28 May Respublika Günü münasibətilə tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev bildirmişdir ki, xalqımız ötən əsrin əvvəllərində vətənpərvər oğullarımızın apardığı mübarizənin nəticəsi kimi qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixi ilə fəxr edir. Cümhuriyyət cəmi 23 ay yaşasa da, xalqımızın yaddaşında silinməz iz buraxmışdır. 28 may 1918–ci ildə Şərqdə ilk demokratik respublika–Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Rusiyada möhkəmlənən sovet hakimiyyəti Bakıya dəfələrlə nota göndərərək, bu hakimiyyətə tabe olmağı tələb etsə də, ölkəmizin parlamenti tərəfindən rədd edilmişdir. Rədd cavabı bolşevik dövlətinin Azərbaycana hərbi müdaxiləsi üçün bəhanə olmuşdur. XI sovet rus ordusu hərbi müdaxiləyə başlamış və Azərbaycanın müstəqilliyinə son qoyulmuşdur.
Daha sonra 28 May–Respublika Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı inşa–yazı müsabiqəsinin qalibləri Fəxri Fərmanla təltif olundular.

Tədbirdə çıxış edənlər vurğulamışdır ki, müstəqilliyimizin əbədi və dönməz xarakter alması ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətidir. Bərpa edilən dövlət müstəqilliyimiz 96 il əvvəl qoyulmuş təməl üzərində təşəkkül tapmışdır. Xüsusilə də, 1970–ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük quruculuq işləri həyata keçirilmiş, Azərbaycan Respublikası öz sürətli inkişafı ilə digər müttəfiq respublikaları geridə qoymuşdur.
Qeyd edilmişdir ki, hazırda Ulu Öndərin layiqli davamçısı, Möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti ölkəmizi dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmışdır.

Tədbir Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin tələbələrinin hazırladığı bədii kompozisiya ilə davam etmişdir.


Odlar Yurdu Universitetində 28 May Respublika Günü münasibətilə tədbir keçirilmişdir Odlar Yurdu Universitetində 28 May Respublika Günü münasibətilə tədbir keçirilmişdir

Xəbərlər Tədbirlər Elanlar