Az En Ru Tr

Müasir İnnovasiyalar Liseyinin Mərdəkan Tədris korpusunun açılış mərasimi oldu

26.05.2017
Müasir İnnovasiyalar Liseyinin Mərdəkan Tədris korpusunun  açılış mərasimi oldu Müasir İnnovasiyalar Liseyinin Mərdəkan Tədris korpusunun açılış mərasimi oldu. Mərasimdə Odlar Yurdu Universitetinin rektoru, Müasir İnnovasiyalar və British School in Baku Britaniya məktəbinin təsisçisi prof. Əhməd Vəliyev, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Yeni Azərbaycan Partiyasının aparat rəhbəri İlham Məmmədov və digər rəsmi şəxslər iştirak etmişdir.

İlk olaraq çıxış edən Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev bildirmişdir ki, liseydə tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bu təhsil ocağı ən müasir dərs vəsaitləri, interaktiv tədris avadanlıqları ilə təmin edilib.Təhsil alan bütün uşaqların savadlı, bilikli olması, gələcəkdə özləri üçün gözəl həyat qura bilməsi, dövlətimiz üçün dəyərli vətəndaşlar olması üçün təhsilin keyfiyyəti əsas prioritet istiqamətdir. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun, şagirdləri yüksək bacarıqlara malik şəxsiyyət kimi formalaşsın.

Müasir İnnovasiyalar Liseyi çox qısa zaman ərzində böyük uğurlara imza atmışdır. Keyfiyyətli tədrisin təşkilinə görə müddətsiz lisenziya almış yeganə təhsil müəssisəsi olaraq, BP və Azercell şirkətləri tərəfindən tövsiyyə olunmuşdur. Liseyin ilk məzunu yüksək balla ADA Universitetinə qəbul olmuş, beynəlxalq olimpiadada 10 şagird I yer, 4 şagird II yer, 5 şagird isə III yeri tutmuşdur.

Sonra liseyin direktoru Sevinc Əliyeva çıxış edərək, liseyin cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaş formalaşdırmaq, dünyanın qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində təhsil ala biləcək şagirdlər yetişdirməkməqsədi ilə yaradıldığını və ötən qısa müddət ərzində bu məqsədi gerçəkləşdirmək üçün məqsədyönlü fəaliyyət göstərdiyini bildirib, əldə olunan uğurlardan danışıb. Direktor liseyin yeni fəaliyyətə başlayacaq filialında yaradılmış təhsil şəraitindən, tədris ocağında təhsilin idarəedilməsi, tərbiyəvi işlərin aparılmasından söz açdı.

Daha sonra çıxış edənlər Müasir İnnovasiyalar Liseyinin nümunəvi təhsil müəssisələrindən biri olduğunu vurğulamışlar. Həmçinin son illər ölkəmizdə aparılan təhsil islahatlarından və Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına verdiyi töhfələrdən danışılıb. Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də həmişə təhsilə böyük diqqət və qayğı göstərir. Bütün bunların nəticəsi olaraq yarandığı gündən etibarən Müasir İnnovasiyalar Liseyinin keçdiyi uğurlu yol yüksək keyfiyyətli və səmərəli təhsilin bariz nümunəsidir.Tədbirdə qeyd olunmuşdur ki, ötən qısa müddətdə xalqımızın zəngin maarifçilik ənənələrini layiqincə davam etdirən Müasir İnnovasiyalar Liseyi təlim–tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində böyük nailiyyətlər qazanıb. Çıxış edənlər liseyin kollektivini əlamətdar gün münasibətilə təbrik edib, liseyin fəaliyyətinə uğurlar arzulayıb.
Tədbir Müasir İnnovasiyalar Liseyinin şagirdlərinin hazırladıqları bədii kompozisiya və Odlar Yurdu Universitetinin tələbələrinin çıxışları ilə davam edib.


Müasir İnnovasiyalar Liseyinin Mərdəkan Tədris korpusunun  açılış mərasimi oldu Müasir İnnovasiyalar Liseyinin Mərdəkan Tədris korpusunun  açılış mərasimi oldu Müasir İnnovasiyalar Liseyinin Mərdəkan Tədris korpusunun  açılış mərasimi oldu Müasir İnnovasiyalar Liseyinin Mərdəkan Tədris korpusunun  açılış mərasimi oldu

Xəbərlər Tədbirlər Elanlar