Az En Ru Tr

13 may 2017-ci il tarixində universitetinin doktorantı Məmmədzadə Sevinc Səlim qızının 5704.01- “Dil nəzəriyyəsi” ixtisası üzrə dissertasıya işinin ilkin müzakirəsi keçirilmişdir

13.05.2017
13 may 2017-ci il tarixində  universitetinin doktorantı Məmmədzadə Sevinc Səlim qızının 5704.01- “Dil nəzəriyyəsi” ixtisası üzrə dissertasıya işinin ilkin müzakirəsi keçirilmişdir 13 may 2017-ci il tarixində Odlar Yurdu Universitetinin “Dillər və pedaqoji” kafedrasının doktorantı Məmmədzadə Sevinc Səlim qızının 5704.01- “Dil nəzəriyyəsi” ixtisası üzrə “Milli dil korpusları və onların formalaşması prinsipləri (Britaniya və Amerika ingiliscəsi materialları əsasında)” adlı dissertasıya işinin ilkin müzakirəsi keçirilmişdir.

Müzakirədə Odlar Yurdu Universitetinin rektoru prof. Ə.A. Vəliyev, doktorantura şöbəsinin müdürü prof. T. Abdullayev , doktorantın elmi rəhbəri Azərbaycan Dillər Universitetinin prof. M.Y. Qazıyeva, Azərbaycan Dillər Universitetinin f.ü.f.d. K. Cəfərova, Azərbaycan Dövlət İqtisad Universitetinin fil.e.d., prof. A. M. Abbasova, Odlar Yurdu Universitetinin f.ü.f.d. S.X. Abdürəhmanova və digərləri iştirak etmişdilər.

Məmmədzadə Sevinc Səlim qızı 2014- cü ildə universitetimizə doktorant olaraq qəbul olunmuşdur. Dissertasiya işi Odlar Yurdu Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında bağlanmış elmi əməkdaşlıq haqqında müqavilə əsasında yerinə yetirilmişdir.

Müzakirə iclasın sədri prof. T.Abdullayev tərəfindən açıq elan edildikdən sonra doktorant dissertasiyanın əsas müddəaları ilə qonaqları tanış etmiş, dissertanta suallar verildikdən sonra rəyçilərin fikirləri dinlənilmişdir.

Müzakirədən sonra doktorant Məmmədzadə Sevinc Səlim qızının “Milli dil korpusları və onların formalaşması prinsipləri (Britaniya və Amerika ingiliscəsi materialları əsasında)” mövzusunda təqdim etdiyi dissertasiya işi bəyənilmiş və 5704.01- “Dil nəzəriyyəsi” ixtisası üzrə dissertasiya şurasında müdafiəsi tövsiyə edilmişdir.



Xəbərlər Tədbirlər Elanlar