Az En Ru Tr

İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Saad Gazal Odlar Yurdu Universitetinin qonağı olub

16.05.2017
İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Saad Gazal Odlar Yurdu Universitetinin qonağı olub 16 may 2017–ci il tarixində İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Saad Gazal Odlar Yurdu Universitetinin qonağı olub. Qonağı Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev qəbul etdi, onu universitetdə görməkdən məmnunluğunu bildirdi. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında səfirə dolğun məlumat verdi. O, Odlar Yurdu Universitetinin tələbələrinin nəinki tədris, eyni zamanda universitetin sosial–ictimai həyatında da fəal olduqlarını bildirdi və bunun rəhbərlik tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğuladı. Eyni zamanda Azərbaycan ilə İordaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini qeyd edən rektor bu əlaqələrin təhsil sahəsinə də müsbət təsir etməsi arzusunu dilə gətirdi. Rektor universitet, burda təhsil alan əcnəbi tələbələr barədə qonaqlara geniş məlumat verdi. Eyni zamanda görüşün İslam Oyunları ərəfəsində baş tutmasının əhəmiyyətindən danışan Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev İslam Həmrəyliyi Oyunlarının mahiyyətindən bəhs etdi və bildirdi ki, bu oyunlar islam ölkələrinin birliyini göstərir və dünyaya bir mesajdır.

Daha sonra qonağa Odlar Yurdu Universitetinin Fəxri Qonağı Diplomu təqdim olundu. Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən Saad Gazal Odlar Yurdu Universitetində olmaqdan məmnun olduğunu söylədi. Səfir müavini Azərbaycan və İordaniya arasında olan dostluq əlaqələrinin tarixi köklərə söykəndiyini bildirdi və bu əlaqələrin təhsil sahəsinin də inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Daha sonra tələbələr ilə görüş oldu. Səfir müavini tələbələrlə görüşünün onun üçün böyük şərəf və qürurverici olduğunu deyərək, Azərbaycan və İordaniya xalqları arasındakı sıx dostluq münasibətlərindən danışdı. O, bu il Azərbaycanın İslam oyunlarına ev sahibliyi etməsinə diqqəti yönəldərək, bu tədbirin islam aləmində böyük əhəmiyyətə malik olduğuna və islam aləminin Azərbaycanın bu təcrübəsindən yararlanacağına böyük ümid bəslədiyinə əminliyini ifadə etdi. Həmçinin Odlar Yurdu Universtetinin inkişafı, universitetin beynəlmiləlləşdirmə siyasəti və bu universitet ilə əməkdaşlıq maraqlarından danışdı. Daha sonra qonaq Odlar Yurdu Universiteti tələbələrinin İordaniya universitetləri ilə tələbə mübadiləsi və s. imkanlar barədə məlumat verdi.
Tədbirin sonunda qonaq tələbələri maraqlandıran sualları cavablandırdı.


İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Saad Gazal Odlar Yurdu Universitetinin qonağı olub İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Saad Gazal Odlar Yurdu Universitetinin qonağı olub


Xəbərlər Tədbirlər Elanlar