Az En Ru Tr

HÖRMƏTLİ MÜƏLLİMLƏR VƏ TƏLƏBƏLƏR!


2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar olaraq Universitetimizdə silsilə görüşlər davam edir.
Bilirsiniz ki, Universitetimiz dünyada aktual olan mövzuların peşəkarların dili ilə tələbələrimizə çatdırılmasına önəm verir. Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri ilə görüş onların təmsil etdiyi ölkələr haqda praktik məlumat almaq üçün çox önəmlidir. İordaniya ilə əməkdaşlıq ölkəmiz üçün çox mühümdür. İstər İslam Həmrəylik Oyunları, istərsə də İordaniya və Azərbaycan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı 16 may 2017-ci il tarixində İordaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Nassar Habaşneh ilə universitetin müəllim və tələbə heyətinin görüşü baş tutacaqdır.

Saat: 10:30
Yer : Odlar Yurdu Universitetinin Konfrans Zalı

Xəbərlər Tədbirlər Elanlar