Az En Ru Tr

Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr olunmuş beynəlxalq elmi–praktiki konfrans keçirilmişdir

10.05.2017
Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr olunmuş beynəlxalq elmi–praktiki konfrans keçirilmişdir10 may 2017–ci il tarixində Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr olunmuş beynəlxalq elmi–praktiki konfrans keçirilmişdir.

İlk öncə konfrans iştirakçıları universitetin foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra beynəlxalq elmi–praktiki konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev iştirakçıları salamlayaraq, onlara Azərbaycan dövlətinin qurucusu, memarı olan Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində Ulu Öndərin müstəsna xidmətlərindən danışdı. Rektor vurğuladı ki, bu gün konfransda respublikanın müxtəlif ali məktəblərindən və elmi müəssisələrindən, həmçinin xarici ölkələrdən çoxlu sayda qonaqlar iştirak edirlər.

Daha sonra çıxış edən Türkiyə Avrasiya Universitetinin qurucusu və İdarə Heyətinin sədri Ömər Yıldız Odlar Yurdu Universiteti haqqında öz təəssüratlarını bölüşüb. universitet ilə yaxından tanış olduğunu, bu müəssisənin yüksək potensiallı kadrlar yetişdirdiyini və tələbələrə göstərilən diqqət və qayğının çox yüksək səviyyədə olduğunu vurğuladı. Qardaş ölkədə keçirilən konfransın əhəmiyətindən danışan qonaq Azərbaycan–Türkiyə münasibətlərindən bəhs etdi və əlaqələrin hazırkı vəziyyətindən razılığını bildirdi. O cümlədən təhsil sahəsində əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat–qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi xalqın müstəqilliyini möhkəmləndirmiş və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırmışdır.
Daha sonra Əhməd Vəliyev Odlar Yurdu Universitetinin Elmi Şurasının qərarı ilə Türkiyə Avrasiya Universitetinin qurucusu və İdarə Heyətinin sədri Ömər Yıldıza Odlar Yurdu Universitetinin Fəxri Doktoru adının verilməsi haqqında qərarı elan etdi.

Daha sonra konfransda çıxış edən İran vətəndaşı, Odlar Yurdu Universitetinin doktorantı iqtisadçı alim Həmid Əlizadə, Universitetin magistrantı Həmidli Anar, Türkiyə vətəndaşı, eyni zamanda Odlar Yurdu Universitetinin tibb ixtisası üzrə doktorantı İlkər Ərdoğan, Amerika vətəndaşı, siyasi elmlər üzrə tədqiqatçı Fərəməz Taclılı, Nigeriya vətəndaşı, Odlar Yurdu Universitetinin tələbəsi İbhazukor Michael, Banqladeş vətəndaşları, Odlar Yurdu Universitetinin tələbələri Rahman Manfucur və Shavon Shahriar Tanvir və digər qonaqlar qeyd etdilər ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Dini dözümsüzlüyün, irqi ayrı–seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə Prezident İlham Əliyev tərəfindən 2017–ci ilin “İslam Həmrəyliyi İli” elan olunması İslam dünyasına bir mesajdır. Bununla Azərbaycan bütün dünyaya İslamda olan ayrı–ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırmasının örnəyini göstərir. Bu, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn İlham Əliyevin İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir.

Konfransın rəsmi hissəsi yekunlaşdıqdan sonra Odlar Yurdu Unbiversitetinin və Odlar Yurdu Kollecinin tələbələrinin iştirakı ilə Heydər Əliyevin anadan olmaasının 94–cü ildönümünə həsr olunmuş bədii hissə nümayiş olundu.

Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin Avrasiya Universitetinin qurucusu və İdarə Heyətinin sədri Ömər Yıldızın Azərbaycana səfəri çərçivəsində iki universitet arasında əməkdaşlığın prinsipləri, tələbə və işçi mübadiləsi və digər ortaq layihələrin müzakirəsi ilə davam etdi. Sonda iki universitet rektoru arasında qarşılıqlı əməkdaşlığa və işbirliyinə dair memorandum imzalandı.

Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr olunmuş beynəlxalq elmi–praktiki konfrans keçirilmişdir Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr olunmuş beynəlxalq elmi–praktiki konfrans keçirilmişdir Odlar Yurdu Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94–cü ildönümünə həsr olunmuş beynəlxalq elmi–praktiki konfrans keçirilmişdir

Xəbərlər Tədbirlər Elanlar