Az En Ru Tr

Odlar Yurdu Universitetində görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin “Mirzə Ələkbər Sabirin Sənət Dünyası” kitabının təqdimat mərasimi keçirilmişdir

26.04.2017
26 aprel 2017–ci il tarixdə Odlar Yurdu Universitetinin konfrans zalında görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin “Mirzə Ələkbər Sabirin sənət dünyası” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Kitabın tərtibatçısı professor Alxan Məmmədovdur.

Tədbirdə AMEA–nın Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri prof. Baba Babayev, filologiya elmləri doktoru, professor Zaman Ələsgərli, OYU–nun müəllim və tələbələri, tanınmış ziyalılar və digər qonaqlar iştirak etmişlər. Çıxış edənlər görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin zəngin ədəbi və elmi yaradıcılığından, şəxsiyyətinin böyüklüyündən danışdılar. Qeyd olundu ki, xalqımızın sevimli yazıçısı Mir Cəlal Paşayevin Azərbaycanda ədəbi-bədii fikrin formalaşmasında çox böyük xidmətləri olmuşdur. Artıq 36 ildir ki, aramızda olmayan bu böyük yazıçının, alimin əziz xatirəsi hər birimizin qəlbində yaşayır və onun anım gününü hər il BDU-da xüsusi hörmətlə qeyd edirik. Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin zəngin ədəbi və elmi yaradıcılığından, şəxsiyyətinin böyüklüyündən onu tanıyanlar böyük hörmətlə danışırlar. Görkəmli ziyalımız 40 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində çalışmış, Azərbaycan ədəbiyyatına, elminə və təhsilinə dəyərli töhfələr vermişdir. Qloballaşma dövründə milli–mədəni irsimizi qoruyub saxlamaq olduqca vacib bir məsələdir. Bu gün Mir Cəlal müəllimin irsi yaşayır və əsrlər boyunca yaşayacaqdır. Biz bu elmi irsi, bu sərvəti qoruyub saxlamalıyıq... Onun özünün qeyd etdiyi kimi “Mənim ən böyük əsərim mənim ailəmdir”. Bu ailədən alimlər, pedaqoqlar formalaşmış və yetişmişdir. Mir Cəlal müəllimin həyat yolu hər kəsə bir nümunədir.
Tədbir tələbələrin qonaqlara ünvanladığı suallarla diskussiya şəklində davam etmişdir.





Xəbərlər Tədbirlər Elanlar