Az En Ru Tr

Odlar Yurdu Universitetində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94–cü ildönümü münasibətilə “XXI əsrdə müasir biologiya” mövzusunda elmi–praktiki konfrans keçirilmişdir

28.04.2017
Odlar Yurdu Universitetində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94–cü ildönümü münasibətilə “XXI əsrdə müasir biologiya” mövzusunda elmi–praktiki konfrans keçirilmişdirAprelin 28–də Odlar Yurdu Universitetində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94–cü ildönümü münasibətilə “XXI əsrdə müasir biologiya” mövzusunda elmi–praktiki konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir.
Tədbirdə həmçinin Azərbaycan–Türkiyə Elit Autizm Cəmiyyətinin mütəxəssisi Hasan Kıyat da elmi məruzə ilə çıxış etmiş və tədbir iştirakçılarının müxtəlif suallarını cavablandırmışdır.

Tədbir magistrantların və tələbələrin çıxışları ilə davam etmişdir.
Konfransda çıxış edənlər bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən danışmışlar. Sonda məruzələrinin səmərəliliyi, elmi yeniliyi, aktualığı ilə fərqlənən bir qrup tələbə Fəxri Fərmanla təltif olunmuşdur.

Xəbərlər Tədbirlər Elanlar