Az En Ru Tr

Odlar Yurdu Universitetində Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

02.05.2017
Odlar Yurdu Universitetində Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir 02 may 2017–ci il tarixində Odlar Yurdu Universitetində Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbirdə qeyd olunmuşdur ki, Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir. Elə buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi məqsədiylə sərəncam imzalamışdır.

İlk olaraq Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev çıxış edərək M.P.Vaqif ilinin bütün türk dünyasında qeyd edilməsinin ədəbiyyat və mədəniyyətimizə olan dərin hörmətdən irəli gəldiyini söyləyib. O, M.P.Vaqif yaradıcılığından danışaraq, onun Azərbaycan ədəbiyyatında və tarixində xüsusi rolu olduğunu bildirib. Qeyd etmişdir ki, qüdrətli söz ustası, gözəllik, həqiqət və məhəbbət carçısı olan Molla Pənah Vaqifin yubileyi respublikamızın hər yerində böyük təntənə ilə ilə qeyd olunur. Bu cür tədbirlər şairə böyük sevginin parlaq təzahürüdür. Əlamətdar haldır ki, universitetimizdə də belə tədbirlər mütəmadi olaraq keçirilir.

Daha sonra çıxış edən ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rüstəm Kamal bildirmişdir ki, “Molla Pənah Vaqif şeiri özü bir musiqidir. Onun yaradıcılığı əsl incidir. Biz bu gün Vaqifin dilində danışırıq. Bəli, Vaqif yaradıcılığı şeirdə Azərbaycan dilinin ilk nümunələrindəndir. Vaqif həm də Qarabağ deməkdir”.

Daha sonra Molla Pənah Vaqifin yubileyi münasibtilə tələbələr arasında keçirilən inşa–yazı, ən yaxşı divar qəzeti, ən yaxşı rəsm əsəri və bədii–qiraət müsabiqəsinin qalibləri Fəxri Fərmanla təltif olunublar. Tədbir universitet tələbələrinin iştirakı ilə bədii hissə ilə davam edib.


Odlar Yurdu Universitetində Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir Odlar Yurdu Universitetində Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir Odlar Yurdu Universitetində Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Xəbərlər Tədbirlər Elanlar