Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 72  Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/modules/show.full.php on line 335 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 86 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 172 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/index.php on line 96 Odlar Yurdu Universiteti - OYU.edu.az Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməclik keçirilib. İməclikdə Odlar Yurdu Universitetinin 100-ə yaxın tələbəsi fəal iştirak etmişdir » Odlar Yurdu Universiteti - OYU.edu.az
Az En Ru Tr

Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməclik keçirilib. İməclikdə Odlar Yurdu Universitetinin 100-ə yaxın tələbəsi fəal iştirak etmişdir

08.04.2017
Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməclik keçirilib. İməclikdə Odlar Yurdu Universitetinin 100-ə yaxın tələbəsi fəal  iştirak etmişdir 08 aprel 2017-ci il tarixdə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq Yeni Azərbaycan Partiyası və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilib. Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində günü gündən gözəlləşən paytaxtımızın istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən təmiz olan ən gözəl şəhərləri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir.

Rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə İtaliyadan gətirilmiş 1000-ə qədər Leylanda və müxtəlif növ digər ağac və kollar əkilib.

İməcliyə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Odlar Yurdu Universitetinin rektoru prof. Ə.A.Vəliyev, Milli Məclisin deputatları və digər dövlət rəsmiləri qatılıb.


Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməclik keçirilib. İməclikdə Odlar Yurdu Universitetinin 100-ə yaxın tələbəsi fəal  iştirak etmişdir
Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməclik keçirilib. İməclikdə Odlar Yurdu Universitetinin 100-ə yaxın tələbəsi fəal  iştirak etmişdir
Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməclik keçirilib. İməclikdə Odlar Yurdu Universitetinin 100-ə yaxın tələbəsi fəal  iştirak etmişdir
Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməclik keçirilib. İməclikdə Odlar Yurdu Universitetinin 100-ə yaxın tələbəsi fəal  iştirak etmişdir

Xəbərlər Tədbirlər Elanlar