Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 72  Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/modules/show.full.php on line 335 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 86 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 172 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/index.php on line 96 Odlar Yurdu Universiteti - OYU.edu.az Odlar Yurdu Universitetinin tələbəsi "Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir" mövzusunda keçirilən tədbirdə mükafatlandırıldı » Odlar Yurdu Universiteti - OYU.edu.az
Az En Ru Tr

Odlar Yurdu Universitetinin tələbəsi "Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir" mövzusunda keçirilən tədbirdə mükafatlandırıldı

02.02.2017
Odlar Yurdu Universitetinin tələbəsi "Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir" mövzusunda keçirilən tədbirdə mükafatlandırıldı 01 fevral 2017-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı 2 Fevral - Azərbaycan Gəncləri günü münasibəti ilə "Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir" mövzusunda rayon gənclərinin toplantısı keçirilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, sədr müavinləri, fəal üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə ürəkdən təbrik etdi, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulamışdır. Daha sonra toplantıda Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və digər çıxış edənlər qeyd etmişlər ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilmişdir. Tədbirin sonunda Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, təhsilində fərqləndiyinə, Nərimanov rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə və 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə bir qrup rayon gəncləri mükafatlandırılmışdır. Mükafat alan gənclər sırasında Odlar Yurdu Universitetinin Tələbə Gənclər təşkilatının sədr müavini Sevda Ömərova da olmuşdur.

Xəbərlər Tədbirlər Elanlar