Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 72  Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/modules/show.full.php on line 335 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 86 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 172 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/index.php on line 96 Odlar Yurdu Universiteti - OYU.edu.az DİQQƏT! DİQQƏT! TƏLƏBƏLƏRİN, MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ » Odlar Yurdu Universiteti - OYU.edu.az
Az En Ru Tr

DİQQƏT! DİQQƏT! TƏLƏBƏLƏRİN, MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ

24.01.2017
Əfsuslar olsun ki, ölkədə ziyalı, vətənpərvər, peşəkar təhsil ekspertləri ilə yanaşı “reket təhsil ekspertləri” də vardır...
Görün, baxın, oxuyun, bilin və ehtiyatlı olun: Bu rüşvətxor, cinayətkar “Təhsil ekspertləri” kimlərdir?

Özəl təhsil sistemi niyə baltalanır?

Vətəninfo.az xəbər verir ki,Qafqaz Univeristeti və Təfəkkür Univeristetinin bağlanmasından sonra,bəzi eksprtlərin fürsətdən istifadə edərək digər özəl univeristetləri hədəf alan açıqlamalar vermələri təccüb doğurur.Çün ki, açıqlama verən ekspertlərin keçmişinə diqqət yetirdikdə ortaya çıxan mənzərə ondan xəbər verir ki, bu ekspertlər zamanında ya rüşvətxorluğa görə,yaxutda başqa bir şəkildə təhsil sahəsindən uzaqlaşdırılıblar.Belə ekspertlərdən bir də Kamran əsədovdur ki, cənab Əsədov həmin şəxsdir ki, Bakı şəhər sakinini Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3000 manat pul tələb edib və cinayət başında yaxalanaraq haqqında Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi açılmışdı. Maraqlıdır görəsən pulla univeristetə tələbə qəbul etdirmək yolu tutan biri necə təhsil eksperti ola bilir?

Kamran Əsədov son açıqlamalarında bağlanmasının vacib olduğunu qeyd etdiyi univeristetlər sırasında ölkənin ən prestejli təhsil ocaqlarından olan Odlar Yurdu univeristetinin də adını çəkib. Odlar Yurdu Univeristeti o təhsil ocaqlarındandır ki,özünün maddi-texniki bazasına görə, hətta bəzi dövlət univeristetlərin belə qabaqlaya bilir.Kamran Əsədovun Odlar Yurdu Univeristetini hədəf alan mövqeyi isə ondan xəbər verir ki, yəqin ki, bu şəxs görünür Odlar Yurdu Univeristetinə pulla tələbə qəbul etdirməyə cəhtlər edən zaman istəkləri daşa dəyib. Yəni onun saxtakarlıq yolu ilə ali təhsil ocağına kimlərəsə tələbə adı qazandırmasında univeristet rəhbərliyi "Yaşıl işıq” yandırmayıb.

Təhsil üzrə ekspert,eyni zamanda AMEA-nın gənc alimlərindən olan Cahid İsmayıloğlu özəl univeristetlərin bağlanması ilə bağlı qeyd edib ki, o özəl universitetlərin bağlanmasının əsas səbəbini universitetin fəaliyyətdə olduğu müddət ərzində özünü doğrultmaması ilə əlaqələndirir: "Zaman içində yetərincə nüfuz qazana bilməyən universitet qapadılmağa məhkumdur.Hal-hazırda ölkədə fəaliyyət göstərən özəl universitetlərin içərisində özünü doğrultmuş, yetərincə nüfuz qazanmış özəl universitetlər var. Hətta bunların bir çoxu dövlət universitetləri ilə rəqabət edə biləcək təhsil qurumlarıdır Həm təhsilin keyfiyyəti, beynəlxalq təcrübənin tətbiqi baxımından bu universitetlər çox şeylər əldə ediblər. Ad çəksəm Xəzər Universiteti ilə Odlar yurdu Universiteti misal çəkə bilərəm”. Təhsil eksperti Etibar Əliyev isə mətbuata açıqlamasında qeyd edinb ki, Təhsil Nazirliyinin nəzdində Akkreditasiya şöbəsi fəaliyyət göstərir. Akkreditsiya şöbəsi ali məktəblərdə təhsilin keyfiyyətini qiymətləndirir. "Şübhəsiz ki, komissiyanın müəyyənləşdirdiyi kriteriyalara əməl olunmayacaqsa, hətta, dövlət universitetlərində belə, bir neçə ixtisasların qapadılması məsələsinə baxıla bilər.Əslində, akkreditasiya şöbəsi öz işini təkmilləşdirməli və çox yüksək səviyyədə qurmalıdır. Həmçinin, bu gün ölkə üçün lazım olmayan, böyük xərclər tələb edən həm dövlət vəsaitini, həm də əhalinin gəlirlərinin səmərəli xərclənilməməsinə gətirib çıxaran ixtisaslar, yaxud da ali məktəblər dayandırılmalıdır”.

Xəbərlər Tədbirlər Elanlar