Az En Ru Tr

Universitetimizdə imtahan prosesi

16.01.2017
Universitetimizdə imtahan prosesiHazırda ölkəmizin bütün ali təhsil müəssisələrində qış imtahan sessiyası davam etməkdədir. Odlar Yurdu Universitetində tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər ali təhsil ocağında yaradılmış elektron universitet portalı vasitəsilə nəzarətə götürülür. Bu zaman həm yazılı, həm də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini, cavabları təsdiq etdikdən sonra dərhal komputerin ekranında görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Belə ki, yazılar şifrələnir, sonra yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda isə bütün imtahanların nəticələri universitetin elektron portalında yerləşdirilir.

Tələbələr də imtahanların yüksək səviyyədə, obyektiv keçdiyini bildirirlər. Onlar tələbələr üçün yaradılmış əlverişli şəraitdən, onların biliyinin qiymətləndirilməsinin şəffaf və effektiv təşkilindən razılıqlarını dilə gətirirlər. Belə ki, 740-ci qrup tələbəsi Quliyev Sərvəri və digər tələbələri nümunə göstərə bilərik.


Universitetimizdə imtahan prosesi

Xəbərlər Tədbirlər Elanlar