Az En Ru Tr

Odlar Yurdu Universitetinin Magistrantı “Elektron Təhsil” Respublika müsabiqəsinin nominantı seçilib

16.12.2016
Odlar Yurdu Universitetinin Magistrantı “Elektron Təhsil” Respublika müsabiqəsinin nominantı seçilib“Elektron Təhsil” Respublika müsabiqəsinin Müəllim istiqaməti “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası üzrə qəbul edilmiş 264 layihəyə ekspertlər tərəfindən baxılıb. Ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 264 layihədən 65-i nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan da müsabiqənin əsas məqsədlərindəndir.

Müəllim istiqaməti üzrə Odlar Yurdu Universitetinin Magistratura şöbəsinin “Biologiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisasında təhsil alan Magistrant İsmayılova Xəyalə Tofiq qızı “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyasında iştirak etmiş və nominant seçilib. Onu təbrik edir və uğurlar arzulayırıq!

http://musabiqe.az/articles/author.php/?author=10935
http://musabiqe.az/articles/detail.php?ID=11322



Xəbərlər Tədbirlər Elanlar