Az En Ru Tr

"Riyaziyyat, informatika və texniki fənlər" kafedrasının müəllimi İbadova Pərvanə Habil qızının “Dünya iqtisadiyyatı” ixtisası üzrə IV kurs 342Dİ qrupunda "İnformatika. İnformasiya sistemləri" mövzusunda açıq dərsi keçirildi

07.12.2016
Dərsdə tədris işləri üzrə prorektor prof. N.Q. Zeynalov, "Riyaziyyat, informatika və texniki fənlər" kafedrasının müdiri dos.Mübariz Baləli oğlu Vəliyev, müdir müavini b/m İlham Qardaşxan oğlu Cəbrayılov iştirak etdilər. Dərsdə “İqtisadi məsələlər”in müasir “İnformasiya texnologiyaları”nın tətbiqi ilə həll olunması yolları müzakirə olundu. Həmçinin iqtisadi-riyazi modellər üçün alqoritmlərin yazılması haqda danışıldı. Dərsdə həm video materiallardan, həm də proqram yazılışlarından istifadə olundu. Sonra tələbələr müxtəlif qaynaqlardan (internet, plakatlar, kitab) məlumatlar əldə edib, onu mövzuya uyğun videolarla birlikdə təqdim etdilər. Daha sonra açıq dərsdə təqdim olunan məlumat haqqında suallar qoyulub, müzakirə təşkil edildi. Müzakirədə bütün tələbələr iştirak etdilər. Ümumilikdə dərs çox maraqlı keçdi.

Xəbərlər Tədbirlər Elanlar