Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 72  Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/modules/show.full.php on line 335 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 86 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 172 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/index.php on line 96 Odlar Yurdu Universiteti - OYU.edu.az Doktorantın attestasiyası və illik hesabatı » Odlar Yurdu Universiteti - OYU.edu.az
Az En Ru Tr

Doktorantın attestasiyası və illik hesabatı

Doktoranturada təhsil doktorantın (dissertantın) fərdi iş planı əsasında həyata keçirilir. Bu planın nümunəsi Doktorantura şöbəsindən alınaraq və ya elektron formada istifadə olunaraq qəbul olunduqdan sonra üç aydan gec olmayan müddət ərzində doktorant (dissertant) və onun elmi rəhbəri tərəfindən bütöv təhsil müddəti üçün tərtib edilir və lazımi imzalar toplanaraq Doktorantura şöbəsinə verilir.
Doktorant və dissertantların attestasiyası ildə bir dəfə dekabr ayında keçirilir. Attestasiyanın keçirilməsində məqsəd doktorant və dissertantın fərdi iş planında cari il üçün nəzərdə tutulmuş fəaliyyətinin dəyərləndirilməsidir.
Attestasiya üçün əsas şərtlərdən biri doktorantın (dissertantın) qəbul olunduqdan sonra üç aydan gec olmayan müddət ərzində dissertasiya mövzusunun və elmi rəhbərin Fakültə Elmi şurasında (daha sonra Universitet Elmi şurasında və uyğun Koordinasiya Şurasında) təsdiq olunmasıdır.
Attestasiyanın keçirilməsi üçün doktorant (dissertant) Doktorantura şöbəsindən Fərdi iş planını götürür, attestasiya olunan il üçün yerinə yetirdiyi işlər haqqında lazımi qeydləri aparır və kafedraya təqdim edir. İllik təhsil haqqını ödəməyən doktorant və dissertantlar attestasiyaya buraxılmır. Bu haqqda kafedralar doktorantura şöbəsi tərəfindən məlumatlandırılır.
Doktorant (dissertant) elmi rəhbərinin də iştirak etdiyi kafedra iclasında cari il ərzində yerinə yetirdiyi işlər haqqında hesabat verir və fərdi iş planında nəzərdə tutulan işlərin nəticələrini təqdim edir. Doktorant (dissertant) eyni zamanda sonrakı il üçün iş planı haqqında məlumat verir. Elmi rəhbər isə hesabat müddəti ərzində doktorantın (dissertantın) fəaliyyətinə qiymət verməlidir. Attestasiya keçirildikdən sonra fərdi iş planı imzalanır və kafedranın müzakirə protokolundan çıxarışla birlikdə Doktorantura şöbəsinə təqdim edilir.

Kafedra tərəfindən attestasiya aşağıdakı kimi qəbul edilir:
- Attestasiya olunsun (nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirilib və növbəti ildə təhsilini davam etdirməsi tövsiyə olunur).
- Şərti olaraq attestasiya olunsun (nəzərdə tutulan işlərin müəyyən hissəsi yerinə yetirilib və kafedra tərəfindən müəyyən edilmiş müddət ərzində tam həcmdə yerinə yetirilməsi tələb edilir).
- Attestasiya olunmasın (üzürlü olmayan səbəbdən nəzərdə tutulan işlər yerinə yetirilməmişdir).

Doktorantın (dissertantın) fərdi iş planının yerinə yetrilməsinə kafedra tərəfindən müntəzəm olaraq nəzarət edilir.
Attestasiyanın keçirilmə qrafiki kafedra rəhbərliyi ilə razılaşdırılaraq doktorantura şöbəsi tərəfindən hazırlanır və doktorant və dissertantlara qabaqcadan bildirilir.


Xəbərlər Tədbirlər Elanlar