Az En Ru Tr

Odlar Yurdu Universitetinin tələbələri Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “15 İyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbirdə fəal iştirak etmişlər

15.06.2016
Odlar Yurdu Universitetinin tələbələri Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “15 İyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbirdə fəal iştirak etmişlər14 iyun 2016–cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin, YAP Gənclər Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “15 İyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin və gənclərin qatıldığı tədbirin aparıcılığı Odlar Yurdu Universiteti Tələbə Gənclər Təşkilatının sədri Fərmanova Səbinə və Humanitar və Dillər fakultəsinin III kurs tələbəsi Məmmədhəsənov Ənvərə həvalə olunmuşdur. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq 1993–cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətin–Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.

Daha sonra Gənclərlə iş şöbəsinin müdiri Xatirə Tağıyeva Dövlət Gənclər Siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyəti, rayonun mədəni–kütləvi tədbirlərində fəal iştirakı ilə fərqləndiyinə görə Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.

Bayram tədbiri tanınmış incəsənət ustalarının, Odlar Yurdu Universiteti tələbələrinin ifasında konsert proqramı ilə davam etdirilib.


Odlar Yurdu Universitetinin tələbələri Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “15 İyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbirdə fəal iştirak etmişlər Odlar Yurdu Universitetinin tələbələri Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “15 İyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbirdə fəal iştirak etmişlər

Xəbərlər Tədbirlər Elanlar