Az En Ru Tr

Odlar Yurdu Universiteti və İstanbul Aydın Universitetinin birgə əməkdaşlığı çərçivəsində Odlar Yurdu Universitetində “Təhsilin beynəlmiləlləşdirilməsi: Azərbaycan-Türkiyə modeli” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

19.05.2016
Odlar Yurdu Universiteti və İstanbul Aydın Universitetinin birgə əməkdaşlığı çərçivəsində Odlar Yurdu Universitetində  “Təhsilin beynəlmiləlləşdirilməsi: Azərbaycan-Türkiyə modeli” mövzusunda  Beynəlxalq konfrans keçirilmişdirTədbirdə Odlar Yurdu Universitetinin professor-müəllim heyəti, tələbə kontingenti İstanbul Aydın Universitetinin prezidenti Prof. Mustafa Aydının rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin Müşaviri Meral Barlas və müxətlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.

Konfransın keçirilməsində əsas məqsəd ölkəmizin təhsil sisteminin beynəlmiləlləşməsi istiqamətində dövlətimiz tərəfindən aparılan məqsədyönlü islahatlar barədə dünya ictimaiyyətinin məlumatlandırılması, Azərbaycanın ali təhsil müəssisələri ilə xarici universitetlər arasında əlaqələrin genişlənməsi və bu əlaqələrin genişlənməsində Azərbaycan-Türkiyə modelinin əsas götürülməsidir.

Konfransı giriş sözü ilə Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev açıq elan edərək, ölkəmizdə təhsilin beynəlmiləlləşdirilməsi sahəsində son zamanlar aparılan məqsədyönlü islahatlardan, Azərbaycan ali təhsil təhsil müəssisələrinin beynəlxalq təhsil proqramları və layihələrində fəal iştirakından söhbət açaraq, beynəlxalq aləmdə qəbul ediləcək mütəxəssislərin hazırlanmasını xüsusi ilə vurğuladı.

Rektorun çıxışından sonra, professor Mustafa Aydın geniş məruzə ilə çıxış etmişdir.

Konfrans zamanı Odlar Yurdu Universiteti və İstanbul Aydın Universiteti arasında “Mevlana” və “Erasmus” müqavilələri imzalanmışdır.

Qeyd edək ki, Odlar Yurdu Universiteti Azərbaycanın universitetləri arasında YÖK tərəfindən tanınan yeganə ali təhsil müəssisəsidir.


Odlar Yurdu Universiteti və İstanbul Aydın Universitetinin birgə əməkdaşlığı çərçivəsində Odlar Yurdu Universitetində  “Təhsilin beynəlmiləlləşdirilməsi: Azərbaycan-Türkiyə modeli” mövzusunda  Beynəlxalq konfrans keçirilmişdir Odlar Yurdu Universiteti və İstanbul Aydın Universitetinin birgə əməkdaşlığı çərçivəsində Odlar Yurdu Universitetində  “Təhsilin beynəlmiləlləşdirilməsi: Azərbaycan-Türkiyə modeli” mövzusunda  Beynəlxalq konfrans keçirilmişdir Odlar Yurdu Universiteti və İstanbul Aydın Universitetinin birgə əməkdaşlığı çərçivəsində Odlar Yurdu Universitetində  “Təhsilin beynəlmiləlləşdirilməsi: Azərbaycan-Türkiyə modeli” mövzusunda  Beynəlxalq konfrans keçirilmişdir

Xəbərlər Tədbirlər Elanlar