Az En Ru Tr

Türkiyənin İstanbul Aydın Universitetinin rektoru,prof. Mustafa Aydın Odlar Yurdu Universitetinin Fəxri doktoru seçilmişdir.

10.10.2015
Türkiyənin İstanbul Aydın Universitetinin rektoru,prof. Mustafa Aydın Odlar Yurdu Universitetinin Fəxri doktoru seçilmişdir.10 oktyabr 2015-ci il tarixində və onun rəhbərlik etdiyi nümayəndə heyəti Odlar Yurdu Universitetinə səfərə gəlmişdir. Səfər zamanı Prof. M.Aydın Universitetimizin İdarəetmə şurasının sədri, millət vəkili, prof. Əhməd Vəliyev ilə gorüşərək, birgə əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələləri müzakirə etdikdən sonra,memerondum imzalanmışdır. Daha sonra M.Aydın Odlar Yurdu Universitetinin Elmi Şurasının qərarına əsasən Universitetimizin fəxri doktoru seçilmişdir. Tədbirin davamı olaraq, qonağa fəxri doktor diplomu təqdim edilmək üçün akt zalında tədbir təşkil edildi.

Tədbiri giriş sözü ilə OYU-nun İdarəetmə Şurasının sədri millət vəkili,prof.Əhməd Vəliyev açıq elan edərək,Fəxri doktor diplomunu və digər hədiyyələri prof. M.Aydına təqdim etdi. Təqdimatdan sonra M.Aydın geniş məruzə ilə çıxış edərək, məmnunluğunu bildirdi. Tədbir bitdikdən sonra qonaqlar Univertsitetimizlə geniş tanış oldular və xatirə şəkilləri çəkdirildi.


Türkiyənin İstanbul Aydın Universitetinin rektoru,prof. Mustafa Aydın Odlar Yurdu Universitetinin Fəxri doktoru seçilmişdir. Türkiyənin İstanbul Aydın Universitetinin rektoru,prof. Mustafa Aydın Odlar Yurdu Universitetinin Fəxri doktoru seçilmişdir.

Xəbərlər Tədbirlər Elanlar