Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 72  Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/modules/show.full.php on line 335 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 86 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 172 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/index.php on line 96 Odlar Yurdu Universiteti - OYU.edu.az Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar İnstitutu - Əsasnamə » Odlar Yurdu Universiteti - OYU.edu.az
Az En Ru Tr

Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar İnstitutu - Əsasnamə

“BIZNES, KARYERA-TƏLİM VƏ MARKETİNQ INNOVASİYALAR” İNSTİTUTUNUN
ƏSASNAMƏSİ


I. Ümumi Müddəalar
 “Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar” Institutu (bundan sonra İnstitut adlandırılan) Odlar Yurdu Universitetinin təsis etdiyi müstəqil bir qurumdur.
 İnsititutun OYU-nin təsis etdiyi biznes, menecment, təlim və ali peşə ixtisasları üzrə xidmətlər göstərən təşkilatdır.
 İnstitutun fəaliyyəti xidmət sahələrinə müvafiq qurulur. İnstitutda institutun direktoru və onun mərkəzi aparatı, xidmət istiqamətləri üzrə yaradılan xidmət bölmələri, təhsil, araşdırma və layihələndirmə mərkəzləri fəaliyyət göstərir.
 İnstitut özünüidarə əsasında fəaliyyət göstərən təsərüfat hesablı (özəl), dövlət statusuna malik olmayan bir qurumdur.
 İnstitutun fəaliyyətində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, 2014-2018-ci il Azərbaycan Respublikasının Təhsil Konsepsiyasını, Universitetin nizamnaməsini, rektorun sərəncamlarını, həmçinin indiki Əsasnaməni rəhbər tutur.
 İnstitut hər rüb göstərilmiş xidmətləri və nəticələri haqqında Universitetin rektoruna hesabat təqdim edir.
 İnstitut öz hesabına (təsərüfat hesabına) maliyyələşir.


II. Institutun Fəaliyyətinin Məqsəd və Vəzifələri
 İnstitutun fəaliyyətinin əsas məqsədi universitetin biznes, təlim, karyera, insan resursları, marketinq və tanıtım və .s., eyni zamanda müstəqil formada bu xidmət sahələri üzrə digər şirkət və sifarişçilərə yüksək səviyyəli xidmətlərin göstərilməsidir.

 İnstitutun əsas vəzifələri aşağıdakılardır:
 Biznes sahələrinin araşdırılması;
 Biznes layihələrin idarəedilməsi;
 Peşəkar təlimlərin təşkili;
 Karyera və innovasiya;
 Marketinq fəaliyyətləri;
 PR fəaliyyəti;
 Peşə ixtisaslarının öyrənilməsi;
 Uzun və qısa müddətli təlimlərin təşkili və sertifikatlaşdırılması;


III. İnstitutun Funksiyaları
1. İnstitut bu əsasnamə ilə müəyyən edilmiş məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı funkisyalrı həyata keçirir
 Universitetin tələbələrinin karyera inkişafına dəstək;
 Müxtəlif ixtisaslar üzrə peşəkar təlimlərin təşkil edilməsi;
 Yerli və xarici şirkətlərlə əməkdaşlıq etmək;
 Universitetin imic və tanıtımını cəmiyyətdə təbliğ etmək;
 Biznes sistemini öyrənmək və tədqiq etmək;
 Müxtəlif biznes xidmətləri göstərmək;
 Müasir təhsil standartlarının tətbiq edilməsi;
 Məzun bazasının yaradılmasını və nəzarəti;

IV. Institutun Strukturu və Fəaliyyətinin Təşkili
 İnstitutun direktoru OYU-nin Elmi Şurası tərəfindən təyin edilir;
 İnstitut təyin edilmiş dirktor tərəfindən idarəedilir;
 İnstitutun tərikibinə mərkəzlər, tələbə elmi cəmiyyəti və şöbələr daxildir;
 İnstitut əsas 6 mərkəzi (fəaliyyət sahəsini) özündə cəmləşdirir.
 Biznes layihələndirmə və planlaşdırma mərkəzi
 Təlim və Tədris Mərkəzi
 Marketinq və reklam mərkəzi
 İctimai Əlaqələr Mərkəzi
 İnsan Resursları və idarəedilməsi Mərkəzi
 Karyera və Fərdi İnkişaf Mərkəzi
 İnstutun bütün qərarları, işin təşkili və fəaliyyət istiqamətləri bir başa olaraq direktor tərəfindən həyata keçirilir;
 İnstitutun maliyyə cəlbini müəyyənləşdirir və bölgüsünü təsdiq edir;
 Rektorun nəzarəti ilə bütün əməkdaşlıqların və müqavilələrin imzalanmasını həyata keçirir;
 İnstitutun fəaliyyət nəticələrini rektora hesabat şəklində təqdim edir;

V. İnstitutun Hüquqları
 İnstitu öz vəzifələrini və funksiyalarını həyata keçimək üçün aşağıdakı hüquqlara malikdir;
 İnstitutun səlahiyyətlərinə aid olan məsələlərin həll edilməsi üçün universitetdən zəruri sənədlər, statistik məlumatlar və digər materialları almaq;
 Universitetin dekanlıq, kafedra və şöbələrinin iş fəaliyyətlərini təkmilləşdirmək məqsədi ilə onlarla informasiya mübadiləsi aparamaq;
 Təsərüfat hesablı xidmət fəaliyyəti göstərmək;
 Gənc mütəxəssislər, insanlararası münasibətlər, fərdi inkişaf və özünü təyin, işə uyğunlaşma və işdə güclənmək yolları, sahibkarlığın əsasları, uğurlu iş və bazar şəraitində iş axtarışları texnologiyalarının təkmilləşdirilməsi, CV-lərin tərtibi və müsahibələrin keçirilməsi yolunda problemlərin aradan qaldırılması üçün təlim və kursların aparılması;
 Universitetin işinin təkmilləşdirilməsi üçün hazırlanan təklifləri Universitetin Rəhbərliyinə təqdim etmək;

Xəbərlər Tədbirlər Elanlar