Az En Ru Tr

Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar İnstitutu - Rəhbərlik

Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar İnstitutu - Rəhbərlik
Tərcümeyi-hal

Namiq Zahid oğlu Əlizadə 31 yanvar 1981 ci ildə Bakı şəhərində anadan olmuşdur.
1988-1998 ci illərdə orta məktəbi başa vurmuş və Azərbaycan Dövlət İqtisad Universitetinin “Əmtəəşünaslıq” fakultəsi “İstehlak Mallarının Keyfiyyət Ekspertizəsi” ixtisasına daxil olmuşdur.
1998-2002 ci illərdə Bakalavr pilləsində təhsil almışdı.
2002-2004 cü illərdə elə həmin ixtisas üzrə Magist pilləsindətəhsil almışdı.
2004 cü ildə Azərbaycan Kooperasiya Universitetin aspirantura şöbəsinə daxil olmuş və 2011 ci ildə “Azərbaycan regionlarında istehlak malları bazarının inkişafının təkmilləşdirilməsi” mövzsununda 08.00.05 şirifti ilə İqtisad üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini almışdır. İxtisası üzrə çox 10-dan çox elmi məqalənin müəllifidir, 1 monoqrafiyanın müəllifidir.
Peşəkar iş fəaliyyətinə 2004 cü ildə Azərbayan Milli Elmlər Akademiyasının nəzdində “Azərbaycan Milli Aerokosmik Agentliyi”-nin kadrlar şöbəsində mütəxəssis vəzifəsindən başlamışdır.
2005 ci ildə AMAKA-nın Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosuna “Baş Mühasib” vəzifəsinə təyin edilmişdir və 2007 ci ilədək o vəzifədə çalışmışdır.
2007-2009 ci illərdə “Nurgün” Şirkətlər Qrupunda “Marketinq Menecer”,”Keyfiyyətə nəzarət üzrə menecer” və “Daxili Audit, Proses və Keyfiyyətə Nəzarət” Departamentinin Direktoru vəzifələrində çalışmışdır.
2009-2010 cu illərdə “Milk-Pro” Süd və Süd İstehsalı Zavodunda “Marketinq və Satış Direktoru”.
2010-2011 ci illərdə isə “KİA Azərbaycan” şirkətində “Marketinq və Təlim” Departamentinin Direktoru vəzifəsində çalışmışdır.
2011 ci ildən etibarən “Cavahir Audir Consulting Centre” şirkətini təsis etmiş və direktor kimi fəaliyyət göstərmişdir. Hal hazırda həmin şirkətin direktoru olaraq fəaliyyətini davam etdirir.
2012- ci ildən etibarən “Atilla Dağıtım və Ticarət” satış şirkətini təsis edir, “Sora Cosmetics” və “Burhanoğulları Kimyasal –Show Boya” Türkiyə mənşəli istehsal müəssisələrinin Azərbaycan üzrə tək Yetkil Bayisi olaraq kimi fəaliyyət göstərir.
2013 cü ildən etibarən Odlar Yurdu Universitetində müəllim kimi fəaliyyətə başlamış,“Marketinq”, “Menecment”, “Təşkilatçılıq”, “İqtisadiyyat” və. s fənnləri tədris etmişdir.
2014 cü ildən etibarən OYU-nin rektoru prof. Ə.A.Vəliyevin əmri ilə “Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar” İnstitutu yaradılmış və ora Dirktor vəzifəsinə təyin edilmişdir.
2008 ci ildən etibarən müxtəlif şirkətlərdə “Satış Texnikalar”ı, “Müştəri Əlaqələri”, “Xidmət Marketinqi” kimi sahələr üzrə Peşəkar Təlimlər keçirmişdir.


Xəbərlər Tədbirlər Elanlar