Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 72  Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/modules/show.full.php on line 335 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 86 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 172 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/index.php on line 96 Odlar Yurdu Universiteti - OYU.edu.az Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar İnstitutu - Haqqında » Odlar Yurdu Universiteti - OYU.edu.az
Az En Ru Tr

Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar İnstitutu - Haqqında


Həyatda hər kəs müəyyən bir mövqeyə çatmaq istəyir və hər kəsin özünəməxsus arzusu, məqsədi və hədəfləri olur. Kimisi mühəndis, maliyyəçi, kimisi müəllim, həkim, kimisi rəssam, hüquqşünas və s.olmaq istəyir. Fərqi yoxdur, hansı peşəyə yiyələnmək istəyirsən, önəmli olan seçdiyin peşəyə çatmaq üçün onun uğrunda sağlam mübarizə aparmaqdır. Biz, bizə verilən həyatı yaxşı dəyərləndirib, yaxşı işlər görmək üçün çalışmalıyıq və daim özümüzü inkişaf etdirməliyik. Çünki yaxşı mənada, Biz qazanmaq üçün burdayıq.

Böyük filosof və mütəffəkir Konfutse demişdir:

Planınız 1 illiksə düyü əkin, 10 illiksə ağac əkin, 100 illiksə millətinizi maarifləndirin.

Hər zaman yüksək keyfiyyətli tədris metodu və peşəkar müəllim-professor heyəti ilə seçilən Odlar Yurdu Universiteti təhsil müəssisələri arasında liderlər sırasında yer alır. Universitetin rektoru professor. Əhməd Vəliyevin göstərişi əsasında yeni yaradılmış “Biznes, Karyera, Təlim və Marketinq İnnovasiyalar” İnstitutunun məqsədi tələbə və məzunlarına bazar iqtisadiyyatı şəraitində öz yerlərini tapmaqda kömək etmək, onların əmək bazarına uyğunlaşmasında və məşğulluq problemlərinin həlli yollarının tapılmasında, maddi tələbatlarla yanaşı eyni zamanda mənəvi tələbatların da ödənilməsinə, özünə hörmət və özünü realizəyə, nüfuza və inkişaf imkanlarına lazımi dəstəyin göstərilməsindən ibarətdir.

İnstitutun əsas tərkib hissəsinə 4 mərkəz daxildir.
 Karyera və Fərdi İnkişaf Mərkəzi
 Biznes layihələndirmə və planlaşdırma mərkəzi
 Təlim və Tədris Mərkəzi
 Marketinq və İctimai Əlaqələr Mərkəzi

Karyera və Fərdi İnkişaf Mərkəzi- Universitetin tələbə və məzunlarının gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmasına yardım etmək, tələbə və məzunlar üçün iş imkanlarını formalaşdırmaq, dövlət və özəl müəssisə və şirkətlərlə karyera və təcrübə ilə əlaqədar əməkdaşlıqların edilməsini təmin etmək, gələcəkdə universitetin bütün məzunları üçün təyinat sistemini formalaşdırmaq və təmin etməkdən ibarətdir. Bu bölmə universitetin məzunları üçün təcrübə və karyera inkişafı istiqamətində bütün fəaliyyətləri özündə birləşdirir.

Biznes Layihələndirmə və Planlaşdırma Mərkəzi- Universitetin təhsil sistemində olan yeniliklərini tətbiq etmək, eyni zamanda biznes maraqlarını inkişaf etdirmək, yeni biznes tərəfdaşlarının tapılması istiqamətində təklif edilmiş biznes layihələri dəyərləndirməkdən ibarətdir.

Təlim və Tədris Mərkəzi- Əsas məqsədi universitetin tələbə və məzunlarını xüsusi ixtisaslı təlimlərə cəlb etmək, tələbələrin gələcəkdə daha peşəkar mütəxəssis kimi formalaşmasında müəyyən inkişaf proqramlarını tətbiq etməkdən ibarətdir.

Marketinq və İctimai Əlaqələr Mərkəzi- Marketinq planının hazırlanması, təhsil bazarının və rəqiblərinin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, təhsil sistemində mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası, yeni təhsil məhsullarının yaradılması, onların təşviq metodlarının seçilməsi, zəruri marketinq tədbirlərinin müəyyən edilməsi, marketinq xərclərinin optimallaşdırılması, reklam aksiyalarının təşkili və keçirilməsi, bukletlərin, flayerlərin, təqdimatların və digər reklam məhsullarının hazırlanması, reklam və media şirkətləri ilə əlaqələrin qurulması, onlardan təkliflərin alınması, sərfəli təkliflərin müəyyən edilməsi və s aiddir.

Müasir dövrdə ali təhsil müəssisəsi ənənəvi qaydalarla yox, müasir tələbatlara uyğun tədris sistemini tətbiq etməlidir. Burada baza-ixtisas bilikləri ilə yanaşı, müxtəlif mövzularda təlimlərin keçirilməsi, fərdi inkişaf proqramlarının tətbiq edilməsi eyni zamanda gəncin şəxsi potensial və qabiliyyətlərinin dəyərləndirilməsi əsas ünsürlərdən biridir.

Karyerada irəliləyiş arzusunda olan gənclərə tövsiyyəm odur ki, öz məqsədlərini aydın müəyyənləşdirmək üçün ilk növbədə özlərini tanısınlar, daxili potensiallarını, əsas dəyərlərini bilsinlər. Aydın məqsəddən sonra isə konkret və real hədəflər və onlara aparan işlər ardıcıllıqla həyata keçirilməli, lazım olan qabiliyyətlər və bacarıqlar formalaşdırılmalı və daim inkişaf etdirilməlidir.

Son olaraq fikrimi müasir Azərbaycanın qurucusu və banisi Ümumimilli Lider Heydər Əliyevin böyük və fəlsəfi ifadəsi ilə tamamlamaq istərdim:

Təhsil Millətin Gələcəyidir.



Xəbərlər Tədbirlər Elanlar