Az En Ru Tr

ÜMUMİ TƏHSİL PİLLƏSİ ÜZRƏ ODLAR YURDU UNİVERSITETİ TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMİŞ MÜVAFİQ XİDMƏTLƏRİN TƏSVİRİ

06.11.2014
ÜMUMİ TƏHSİL PİLLƏSİ ÜZRƏ ODLAR YURDU UNİVERSITETİ TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMİŞ MÜVAFİQ XİDMƏTLƏRİN TƏSVİRİ

Universitetimiz ixtisas uyğunluğunu gücləndirmək məqsədilə Azərbaycan RespublikasI Təhsil Sektorunun İnkişafi Üzrə İkinci Layihə Çərçivəsində “2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək ixtisas fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim” layihəsində “Lənkəran” (Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara), “Şəki-Zaqatala və Quba-Xaçmaz” (Balakən, Qəbələ, Qax, Zaqatala, Şəki, Oğuz, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar) iqtisadi rayonlarında keçirilmiş təlimlərdə “Ədəbiyyat, Ana dili və qeyri-azərbaycan bölməsi üçün Azərbaycan dili”, “Xarici dil”, “Musiqi”, “Texnologiya”, “Təsviri incəsənət” fənləri üzrə 47 təlimçinin vasitəsilə 3776 nəfər, 2013/2014-cü tədris ilində isə İbtidai siniflərdə dərs deyəcək müəllimlər üçün təşkil olunmuş yeni ümumi orta təhsil kurikulumu və Fiziki Tərbiyə fənnindən 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək müəllimlər üçün təşkil olunmuş yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərdə 2009 nəfər ixtisas fənn müəllimlərinə müvəffəqiyyət sertifikatları vermişdir.

“2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Texnoloqiya, Musiqi və Təsviri incəsənət fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim” mövzusunda təşkil olunmuş yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərdə isə 1624 nəfər ixtisas fənn müəllimlərinə müvəffəqiyyət sertifikatları vermişdir.

Beləliklə, son üç il ərzində Universitetimiz tərəfindən ümumtəhsil məktəblərinin 7409 müəlliminə ixtisasartırma sertifikatı verilmişdir.

Bu işləri yerinə yetirməkdən ötrü əvvəlcədən müəllimlərimiz Təhsil Nazirliyinin “YUNİSEF”lə birgə təşkil etdiyi Orta məktəb üzrə fənn müəllimləri üçün ixtisasartırma təhsilinin 2-ci modulu üzrə “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal (interaktiv) təlim” mövzusunda Təlimçi hazırlığı kursunda iştirak edərək sertifikatlar almışlar. Bu təlimlərdə iştirak etmək üçün bütün təlimçilərimiz Təhsil Nazirinin əmri ilə təsdiq olunmuş komissiyanın müəyyən etdiyi qiymətləndirmə meyarları əsasında keçirdikləri dinləmələrdən keçərək təlimçi statusu almışlar.

Beynəlxalq Əlaqələr və İnkişaf Departamenti


Xəbərlər Tədbirlər Elanlar