Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 68 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 72  Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/modules/show.full.php on line 335 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 60 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 64 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 86 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/engine/classes/templates.class.php on line 172 Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/ouedu/public_html/index.php on line 96 Odlar Yurdu Universiteti - OYU.edu.az Mövlana Mübadilə Proqramı » Odlar Yurdu Universiteti - OYU.edu.az
Az En Ru Tr

Mövlana Mübadilə Proqramı

Mövlana Mübadilə ProqramıMövlana Mübadilə ProqramıMövlana Mübadilə Proqramı



Mövlana Mübadilə Proqramı
Mövlana Mübadilə Proqramının əsas məqsədi Türk ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirməkdən ibarətdir. 23 avqust 2011-ci ildə dərc olunmuş təlimata əsasən (№: 28034) Türk ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyət mübadilələrinin həyata keçirilməsi mümkün olmuşdur.

Tələbələr xaricdə 1 (minimum) və ya 2 (maksimum) semestr təhsil ala, akademik heyət isə xaricdə 1 həftədən (minimum) 3 aya qədər (maksimum) dərs keçə bilər.
Müvafiq olaraq, hər hansı bir ölkənin tələbə və akademik heyəti təhsil almaq və ya dərs keçmək üçün Türkiyə ali təhsil müəssisələri tərəfindən təşkil olunan bu proqramdan faydalana bilərlər.

1. Mövlana kimdir?
Mövlananın əsl adı Məhəmməd Cəlaləddindir, proqramın adı məhz bu addan götürülmüşdür. Mövlana 1207-ci ildə hal-hazırda Əfqanıstanın sərhədində yerləşən Xorasan vilayətinin Belh kəndində anadan olmuşdur. “Mövlana” adı Sultan Veled, Şəmsi Təbrizi və onu sevənlər arasında geniş işlənmişdir. Daha sonra bu ad onu müəyyən edən universal bir rəmzə çevrilmişdir. Mövlana Qərb ictimaiyyəti arasında Rumi kimi tanınır.

Mövlana 13-cü əsrdə yaşamış, sufi olaraq öz əsərlərində insanlar arasında heç bir ayrı-seçkiliyə yol verməmişdir. Həmçinin o, öz mərhəməti, insanlığı və sonsuz tolerantlığı ilə nəinki İslam dünyasını, eyni zamanda bütün bəşəriyyəti təsirləndirmişdir. O, insanlara və həyata olan nöqteyi-nəzəri ilə dünyada bir ziyalı kimi qəbul edilmişdir. YUNESKO, Mövlananın anadan olmasının 800 illik yubileyi ilə əlaqədar 2007-ci ili “Mövlana və Tolerantlıq ili” elan etmişdir.
Təhsili müddətində, o bir tələbə kimi deyil, həmçinin bir alim kimi dünyanın müxtəlif ölkələrinin müxtəlif şəhərlərində təhsil müəssisələrini ziyarət etmişdir. Mövlana həyatı boyu öz fəlsəfəsində “dəyişikliyə” böyük önəm vermişdir. O, həmçinin Məsnəvi, Divani Kəbir, Fifi Mafih, Məktubat və Məclisi-Səba kimi məşhur əsərlərin müəllifidir.

2. Mövlana Mübadilə Proqramından kimlər faydalana bilər?
Türkiyədə (ali təhsil müəssisələri arasında qarşılıqlı Mövlana Mübadilə Protokolu imzalanması şərti ilə) ali təhsil müəssisələrinin rəsmi təhsil proqramlarında qeydiyyatdan keçmiş tələbələr,qarşılıqlı Mövlana Mübadilə Protokolunu imzalayan yerli və ya xarici təhsil müəssisələrində çalışan bütün akademik heyət Mövlana Mübadilə Proqramından faydalana bilərlər.

3. Mövlana Mübadilə Proqramına dair ərizə üçün tələblər:
• Tələbələr ali təhsil proqramının assosiativ diplom/subbakalavr, bakalavr, magistr və yaxud doktorantura pilləsində təhsil almalıdırlar.
• Assosiativ diplom/subbakalavr və bakalavr pilləsində təhsil alan tələbələrin 4 ballıq GPA üzrə orta balı ən azı 2,5 olmalıdır.
• Aspirantların (Magistr, Doktorant) dörd ballıq GPA üzrə orta balı ən azı 3.00 olmalıdır.
• 50% dil üzrə bal + 50% GPA.

Assosiativ diplom/subbakalavr və bakalavr pilləsinin I kursunda təhsil alan tələbələr, eləcə də hazırlıq fakültəsi və elmi hazırlıq proqramlarının məzun tələbələri tədrisin birinci semestrində bu proqramda iştirak edə bilməzlər.

4. Tələblərə uyğun gələn Mövlana Mübadilə Proqramına necə müraciət edə bilər?
Tələbələr tələb formasını müvafiq qaydada doldurduqdan sonra Universitetin vahid Mövlana Mübadilə Proqramına müraciət edə bilərlər.

5. Mövlana Mübadilə Proqramında neçə dəfə və hansı müddətə iştirak edə bilərik?
Tələbələr bir (minimum) və ya iki (maksimum) semestr üçün xaricdə təhsil ala bilərlər. Semestr dövrləri təhsil sistemləri nəzərə alınaraq müxtəlif ola bilər, lakin mübadilə dövrü bir ildən artıq ola bilməz. Həmçinin akademik heyət də Mövlana Mübadilə Proqramında iştirak edə bilərlər. Akademik heyət bir həftədən (mini-mum) 3 aya (maksimum) kimi xaricdə dərs keçə/mühazirə deyə bilər.

6. Tələbələr Mövlana Mübadilə Proqramında iştirak edən zaman təhsil haqqı ödəməlidirlər?
Mübadilə proqramı çərçivəsində tələbələr ev sahibi müəssisəsinə heç bir təhsil haqqı ödəmir, bununla belə onlar öz doğma universitetlərinə məcburi təhsil haqqını ödəməyə davam edirlər.

7. Proqramda iştirak edən tələbələr ev sahibi müəssisəsində keçdiyi kurs/semestri təkrar keçməlidirlər?
Ev sahibi müəssisələrində keçirilmiş dərslər Tədris Protokolu çərçivəsində rəsmi olaraq əvvəlcədən hesablandığına görə, tələbələr qayıtdıqdan sonra heç bir kurs/semestri təkrar olaraq keçmirlər.

8. Mövlana Mübadilə proqramı ərzində Təqaüdlər:
Tələbələr üçün müddət və şərtlər
Mövlana Mübadilə Proqramında iştirak edən tələbələr öz doğma ölkələrində digər təqaüd və qrantları qazanmağa davam edirlər və onlar öz müəssisələrində qeydiy-yatda olmalıdırlar.
Tələbələr yalnız doğma müəssisələrində təhsil haqqını ödəyirlər, onlar ev sahibi müəssisəsinə heç bir təhsil haqqı ödəmirlər.
Mövlana Mübadilə Proqramı tələbələrinə ödəniləcək təqaüd məbləği ev sahibi müəssisəsinin həyat standartlarına uyğun olaraq dəyişir/fərqlənir.
Türkiyə ali təhsil müəssisələrinə digər ölkələrdən gələn tələbələrə qrantlar YÖK icra heyəti Şurası tərəfindən müəyyən edilmiş əmsallara əsasən verilir.
Tələbələrə ödəniləcək təqaüdlərə gəldikdə təqaüd məbləğinin 70%-i aylıq olaraq ödəniləcək.
Tələbəyə çatası olan qrant məbləğin yerdə qalan hissəsinin ödənişinə gəldikdə isə, onun uğurla başa vurduğu kurslardan yığdığı ümumi kreditlərin sayının tələbənin məcburi kurslardan yığmalı olduğu kreditlərə nisbəti nəzərə alınacaq.
Mövlana Təqaüd Proqramında vəsait çatışmadığı halda, digər prinsiplərə uyğunluğu təmin edilərək, tələbə mobilliyi digər təqaüd və təqaüd olmadan həyata keçirilə bilər.

URL: mevlana.yok.gov.tr


Xəbərlər Tədbirlər Elanlar